Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara birgə müraciət ediblər
10.02.2025 [13:47]
Son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxdı.
“Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.
Elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır.
Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır”, - deyə müraciətdə bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45

