Çinin Fənərlər bayramı ilə bağlı mühazirə təşkil edilib
10.02.2025 [20:35]
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun “Çin mədəniyyəti” onlayn lektoriyasında “Çin Fənərlər bayramı” mövzusunda mühazirə təşkil olunub.
Bu barədə AZƏRTAC-a Konfutsi İnstitutundan bildirilib. İnstitutun direktoru Rafiq Abbasov bayramın yaranması ilə bağlı əfsanələr, Fənər festivalı ənənələri - “yange” rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, müxtəlif çeşidli içliyi ilə düyü unundan böyük toplar formasında hazırlanan şirin bayram yeməyi “yuanxiao” barədə məlumat verib. O, bayramın əsas mərasimi - müxtəlif heyvanlar, çiçəklər və meyvələrə bənzər və əsl sənət əsərləri olan ənənəvi Çin çıraqlarından danışıb. Rəvayətə görə, ilk fənər Han imperatoru Vu Dinin dövründə yandırılıb. Sun sülaləsindən bəri tapmaca həlli Fənər festivalının məcburi hissəsi hesab olunurdu. İnsanlar kağız parçalarına müxtəlif tapmacalar yazır və onları rəngli fənərlərə yapışdırırlar. Fənərin sahibi tapmacasını təxmin edən şəxsə mükafat verməyə borcludur.
Rafiq Abbasov, həmçinin qeyd edib ki, bu ənənəvi bayramlar qədim tarixə malik və unikal Çin mədəni irsinin bir hissəsidir və tələbələrə Çin etnosunun sosial-mədəni xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verir. Həmçinin tələbələrin Çin dilini öyrənmə prosesini tamamlayır.
Bildirilib ki, Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən Fənərlər bayramı Çində geniş şəkildə qeyd olunur. Fənər festivalının məqsədi barışığı, sülhü və bağışlamağı təşviq etməkdir. Fənərlərin köməyilə çinlilər qarşıdan gələn Yeni illə bağlı ümidlərini ifadə edirlər. Müasir Fənər festivalı insanlara ötən ili buraxmaq və Yeni ili minnətdarlıq və yaxşı ümidlə qarşılamaq üçün xatırlatmadır.
Mühazirə zamanı Pekin və Şanxayda keçirilən Fənər festivalının filmləri nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

