Azərbaycandakı dini konfessiyalar ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar
18.02.2025 [14:53]
Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə Sizə ən xoş arzularımızı, həmçinin bu ali vəzifəni Sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.
Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq, biz də bu fürsətdən istifadə edərək, Sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin və dini etiqad azadlığının qorunması məsələlərinə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insana ümid işığı tutur, yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycandakı dini konfessiyaların ABŞ Prezidenti Donald Trampa ünvanladıqları məktubda yer alır. Məktubda deyilir:
“Vətənimiz Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi nadir məkanlardan biridir. Biz fəxr edirik ki, dünyanın bir çox yerində islamofobiya, antixristianlıq və antisemitizm kimi etnik, dini və irqi ayrı-seçkiliyin artdığı bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər din ardıcıllarının həmişə harmoniya və firavanlıq şəraitində yaşadıqları bir nümunə kimi çıxış edir.
Azərbaycanda mədəniyyət ocaqları ilə yanaşı məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir. Dövlətimiz bütün dini icmalar üçün bərabər şərait yaradır, onların dini qurumlarını qayğı və himayə ilə dəstəkləyir, onlara mütəmadi olaraq maddi və mənəvi yardım göstərir, ölkənin ictimai həyatında fəal iştirakına təminat verir.
Müxtəlifliyin zəngin irsini qoruyub saxlayan, dini azadlıqları dəstəkləyən, qlobal dinlərarası dialoqda fəal iştirak edən Azərbaycan qlobal sülhə mühüm töhfə verir və nümunə kimi çıxış edir.
Bu dini harmoniyanın xüsusi diqqətə layiq nümunəsi əsrlər boyu təqib və ya ayrı-seçkilikdən azad bir mühitdə inkişaf edən Azərbaycanın yəhudi icmasıdır. Quba rayonundakı tarixi Qırmızı Qəsəbə müsəlman dünyasındakı ən qədim və ən böyük yəhudi icmalarından birinin məskənidir. Burada fəaliyyət göstərən sinaqoqlar, məktəblər və mədəniyyət mərkəzləri ilə bu məkan Azərbaycanın dini azadlıqlara sarsılmaz sadiqliyinin sübutudur. Bununla yanaşı, Azərbaycan hökuməti xristian və yəhudi dini qurumlarına böyük dəstək verir, onların Azərbaycanın vətəndaş və ictimai həyatında fəal iştirakını təmin edir.
Sizin Ağ Evin İnam Ofisini yaratmaq və keşiş Paula Uayt-Keyni baş məsləhətçi vəzifəsinə təyin etmək qərarınız imanı idarəçilik və ictimai həyata inteqrasiya etmək üçün güclü öhdəliyi əks etdirir. Onun dini etiqad azadlığı, humanitar hüquqlar və mənəvi dəyərlərin müdafiəsində liderliyi Azərbaycanda üstün tutduğumuz prinsiplərə uyğundur.
Biz qarşılıqlı anlaşma və ortaq dəyərləri təşviq etmək üçün Birləşmiş Ştatlardakı liderlər və təşkilatlarla əlaqə qurmağı səbirsizliklə gözləyirik. Ümidvarıq ki, Sizin rəhbərliyiniz altında bütün dünyada dinə əsaslanan icmalar möhkəmlənməkdə, dini azadlıqlar qorunub saxlanmaqda davam edəcək.
Bir daha səylərinizə görə dərin minnətdarlığımızı bildiririk. Qoy, Sizin prezidentlik dövrünüz hamı üçün birlik, mənəvi möhkəmlik və rifahın möhkəmləndirilməsində davamlı uğurlarla əlamətdar olsun.
Ən yüksək hörmət və xeyir-dualarla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Aleksiy
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu
Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekti
Milix Yevdayev
Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudi İcmasının rəhbəri
Robert Mobili
Alban-Udi Xristian Dini İcmasının sədri
Zamir İsayev
Bakıdakı Yəhudi Sefardi Dini İcmasının rəhbəri”.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

