Azad edilmiş 8 rayonda tullantıların idarə olunması məqsədilə poliqonlar müəyyən edilib
27.02.2025 [20:31]
Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra həmin ərazilərdə digər məsələlərlə yanaşı, bərk məişət və təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı müvafiq tədbirlər görülüb. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti həmin ərazilərdə yaranan bərk və təhlükəsiz bərk tullantıların toplanması, daşınması, zərərsizləşdirilməsi və yerləşdirilməsi üzrə məsul qurum kimi müəyyən edilib. Həmin müddətdən bu günə qədər bir çox məsələlər öz həllini tapıb. Cəmiyyət nəzdində regional idarələr formalaşdırılıb. Eyni zamanda, bu günə kimi 8 rayonda poliqonlar müəyyən edilib və onların bir çoxunun layihə-smeta sənədləri hazırlanıb. Artıq tikintiyə başlanma mərhələsindədir. Bir neçə rayonda - Kəlbəcər və Laçın rayonlarında həm relyef şəraitinin dağlıq olması və digər məsələlərə görə proses hələ də davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov söyləyib.
Şöbə müdirinin sözlərinə görə, tullantıların toplanması üçün konteynerlər alınıb, eyni zamanda, 60-a qədər xüsusi texnika həmin prosesə cəlb edilib: “Seçilmiş poliqon ərazilərində çalalar qazılıb, konteynerlər yerləşdirilib. Xüsusi nümayəndəliklərin dəstəyi ilə həmin ərazilərdə fəaliyyət göstərən şirkətlər, təşkilatlar tərəfindən tullantıların məhz seçilmiş poliqon ərazilərinə gətirilməsi təmin edilir. Eyni zamanda, "Təmiz Şəhər" ASC antiterror əməliyyatlarından sonra azad olunmuş ərazilərdə, xüsusilə Xankəndidə tullantıların və tərk edilmiş ərazilərin, binaların tullantılardan təmizlənməsi işləri həyata keçirib və təhvil verib. Həmin ərazilərdə də artıq xüsusi konteynerlərin yerləşdirilməsi prosesi aparılır. Xüsusi konteynerlər üzvi tullantılar, həm də təkrar emala yararlı olan tullantılar üzrə iki rəngdə müəyyən edilib. Həmçinin Şuşa şəhərində xüsusi yeraltı konteynerlərin quraşdırılmasına başlanılıb. Seçilmiş ərazilərdə artıq 17 nöqtədə yeraltı konteynerlər qurulub. Həmin proses şəhərin inkişafı ilə paralel davam etdiriləcək".
F.Mütəllimov bildirib ki, azad edilmiş ərazilərdə tullantıların idarə olunması ilə bağlı regional strategiya layihəsi də hazırlanıb. Hazırda həmin strategiya təkmilləşmə mərhələsindədir: "Nəzərə alsaq ki, antiterror əməliyyatlarından sonra yeni inzibati ərazi bölgüsü yarandı. O baxımdan bu strategiya yenilənib və ölkə üzrə bərk məişət tullantılarının idarə olunması strategiyasının bir hissəsinə çevriləcək. Hazırda tullantıların idarə olunması sistemində də müəyyən dəyişikliklər nəzərdə tutulur. Bu, azad edilmiş ərazilərdə artıq yaradılmış bərpa, tikinti və idarəetmə xidmətlərinə məişət tullantılarının toplanması və daşınması hissəsinin ötürülməsidir. Necə ki, Bakıda "Təmiz Şəhər" ASC tullantıların zərərsizləşdirilməsini həyata keçirir, azad edilmiş ərazilərdə də həmin sistemin qurulmasını və qarşılıqlı hesabatlılığın təmin edilməsi baxımından vacib hesab edirik. Bununla bağlı müvafiq qanunvericilikdə dəyişiklikləri özündə əks etdirən layihələr də hazırlanır. Yaxın müddətdə bu məsələ də öz həllini tapacaq".
Nazirliyin rəsmisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tullantıların düzgün idarə olunmasına nəzarət tədbirləri həyata keçirdiyini də diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

