Ombudsmanın illik məruzəsi...
04.03.2025 [10:39]
Parlamentin İnsan hüquqları komitəsində müzakirə olunub
Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi” müzakirə olunub. Komitə sədri Zahid Oruc bildirib ki, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində müvəkkil ötən il ümumilikdə müxtəlif qurumlara 352 başçəkmə həyata keçirib. Dövlət-hökumət və bələdiyyə orqanlarının fəaliyyətinə nəzarət baxımından ən mühüm səlahiyyətləri sırasında ombudsman məhz belə ziyarətləri həyata keçirməklə müvafiq sahələrdə gerçək vəziyyəti öyrənməyə çalışır, formal deyil, sərt tələblər çərçivəsində fəaliyyətini qurur.
Aliment Fondu saxta boşanmaları artıra bilər
Sağlamlıq hüququ ilə bağlı fikirlərini səsləndirən komitə sədri qeyd edib: “Son illər səhiyyə xərclərinin 3 milyard manata çatmasını xüsusi hadisə kimi söyləməliyik. Dövlətimiz xüsusi tədbirləri gücləndirir. Bununla bərabər, tibbi sığorta ilə müayinə və müalicə alanların sayı barədə verilən açıqlamalar hələ görüləsi işlərin çox olduğunu göstərir. Bölgələrdə ilkin tibbi xidmətlər üzə məntəqələrin çatışmazlığı hələ də problem olaraq qalır”.
Z.Oruc Aliment Fondunun yaradılması ilə bağlı məruzədə yer alan təklifə də münasibət bildirib. Onun sözlərinə görə, boşanmalarla bağlı Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür: “Bizə görə belə addımın atılması əksinə, saxta boşanmaları gücləndirə bilər. Məruzədə ombudsmanın aliment ödənişlərinin təyinatını, qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşmanı, o cümlədən bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri nəzərə alaraq, habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqla əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlayır”.
Hakimlər həbs-qətimkan tədbiri seçərkən qərarı əsaslandırmalıdır
Qeyd edək ki, illik məruzədə müvəkkil qanunvericiliklə əlavə səlahiyyətlər istəyir. Belə ki, ombudsmanın qanunvericilik təşəbbüsü hüququnun təsbit olunması, onun insan hüquqlarına dair qanun layihələrinin parlamentdə müzakirəsində iştirak etməsi və rəy bildirməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi, ombudsmanın Azərbaycan Konstitusiyasının və qanunlarının şərh edilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun qanunvericiliklə təsbit olunması, ombudsmanın Məhkəmə-Hüquq Şurasının tərkibində təmsil olunması məsələsinə baxılması təklif olunur.
Məruzədə həmçinin vurğulanır ki, hakimlər həbs-qətimkan tədbiri seçərkən qərarı əsaslandırmalıdır: “Hakimlər tərəfindən məhkəmələrdə həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün yoxlanılmalıdır. Hakimlərə təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasının əsaslandırılması tövsiyə olunur. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasını, qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl olunmasını, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsini nəzərdə tutulur”.
Ombudsman yeni dövlət proqramının qəbul olunmasını təklif edir
Bundan əlavə, İnsan hüquqları üzrə müvəkkil məruzədə “Biznes və insan hüquqları üzrə Dövlət Proqramı”nın hazırlanması və qəbul edilməsini təklif edib. Sənəddə vurğulanıb ki, yeni dövlət proqramı BMT-nin “Biznes və insan hüquqları üzrə rəhbər prinsipləri”ni və “Biznes və insan hüquqları üzrə Milli Fəaliyyət proqramlarına dair Təlimatı”nı, eləcə də bu sahədə xarici ölkələrin müsbət təcrübəsini nəzərə alaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarına hörmət və riayət edilməsini, hüquq-müdafiə vasitələrinin daha əlçatan olmasını təmin etmək, korporativ sosial məsuliyyətin təbliği və tətbiqi ilə sahibkarların ölkənin sosial-iqtisadi həyatında daha fəal iştirakına şərait yaratmaq, bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinə nail olmaq məqsədi daşımalıdır.
Qeyd edək ki, müzakirələrdən sonra ombudsmanın illik məruzəsi parlamentin plenar iclasına tövsiyə edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

