AzMİU Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib
11.04.2025 [18:25]
Aprelin 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində AzMİU Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, universiteti müxtəlif illərdə bitirən 300-ə yaxın məzunun iştirak etdiyi yığıncaqda ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan nüfuzlu şəxslər – AzMİU-nun fəxri məzunları da yer alıb.
Rektor professor Gülçöhrə Məmmədova AzMİU Məzun Assosiasiyasının yaradılmasının universitet üçün prioritet məsələ olduğunu vurğulayıb. Bu Assosiasiyanın məzunların universitet həyatında fəal iştirakını təmin edəcəyini, tələbələrlə öz təcrübələrini bölüşmək, AzMİU ilə istehsalat arasında əlaqələri daha da gücləndirəcəyi və universitetin inkişafına dəstək olmaq baxımından geniş imkanlar yaradacağını bildirib.
Beynəlxalq akkreditasiya və reytinq sistemlərində məzunların universitetin həyatındakı rolunun xüsusi qiymətləndirildiyini qeyd edən rektor bildirib ki, dünyanın, xüsusilə Qərb ölkələrinin aparıcı universitetləri bu təcrübədən geniş istifadə edir: “İnanıram ki, Assosiasiya universitetin məzunlarla əlaqələrini gücləndirəcək və onların universitet həyatında daha fəal iştirakını təmin edəcək. Bu, bir sıra məsələnin, çətinliyin sürətli həllinə şərait yaradır. Ona görə də məzunlarla iş müasir universitetlər qarşısında qoyulan ən vacib tələblərdəndir. Biz də bu Assosiasiyanı yaratmaqla bu tələbə adekvat cavab verirdik”.
AzMİU-nun prorektoru Orxan Naqdiyev məzunlarla ötən ilin dekabr ayında keçirilən görüşü xatırladıb və qarşıya qoyulan vəzifələrlə bağlı görülən işlərlə əlaqədar ilkin məlumatları təqdim edib. Prorektor qeyd edib ki, AzMİU Məzunlar Assosiasiyasının təsis edilməsi ilə bağlı bütün hüquqi və praktiki məsələlər həll olunub.
Universitetin İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin direktoru Sərxan Talıbzadə çıxış edərək məzunlar üçün azmiu.edu.az portalı üzərində yaradılan platforma haqqında məlumat verib. Mərkəzin direktoru qeyd edib ki, yeni platforma məzunlara aktual xəbərlər, elanlar və tədbirlər barədə operativ şəkildə məlumat almaq imkanı yaradacaq. Məzunlar öz ixtisas sahələri üzrə yenilikləri izləyə, həmçinin Assosiasiyanın hər bir üzvü üçün formalaşdırılmış şəxsi profil vasitəsilə fərdi məlumatlarını idarə edə biləcəklər. Platforma üzərindən müvafiq ixtisaslara uyğun iş elanları ilə tanış olmaq və onlara birbaşa müraciət etmək mümkündür. Eyni zamanda, məzunlar təkrar ali təhsil, MBA proqramlarından, AzMiU-nun Peşəkar inkişaf mərkəzinin kurslarından, eləcə də kütləvi açıq ödənişsiz onlayn kurslardan yararlana, məzunlarla qarşılıqlı kommunikasiya qura, burada öz CV-lərini yerləşdirə bilərlər.
Sonda İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev çıxış edərək AzMİU Məzun Assosiasiyasının təsis edilməsi ilə bağlı hüquqi mexanizmləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbir çərçivəsində AzMiU Məzunlar Assosiasiyasının Əsasnaməsi qəbul edilib, Təftiş Komitəsinin və İdarə Heyətinin üzvləri seçilib. Təsis yığıncağından sonra İdarə Heyətinin iclası keçirilib və iclasda AzMİU Məzunlar Assosiasiyasının sədri seçilib.
Xatırladaq ki, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilən bu görüş universitetin məzunları ilə əlaqələrin daha da möhkəmlənməsi baxımından mühüm hadisə kimi yadda qalıb. Universitet rəhbərliyi və məzunları arasında yaradılan bu yeni körpünün AzMİU-da təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəyi gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

