Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
20.04.2025 [14:58]
Bu gün Azərbaycanın pravoslav xristianları ən mühüm dini bayramlardan birini - Pasxanı qeyd edirlər. Şənbədən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki pravoslav kilsələrində Pasxa mərasimləri keçirilib. AZƏRTAC xəbər verir ki, bu zaman xaç yürüşü keçirilir, səhər ibadətində dualar oxunur, Pasxa şirin çörəyi ilə xeyir-dua verilir.
Azərbaycan Prezidenti İlham Əliyev bayram ərəfəsində pravoslav xristian icmasına təbrik ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmayıb, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılıb. “Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər” -deyə təbrik məktubunda qeyd edilir.
Bakıdakı Müqəddəs Jen-Mironosits Kafedral kilsəsində bayram mərasimi keçirilib.
Bakı və Azərbaycan yepiskopu Aleksi jurnalistlərlə söhbətində diqqətə çatdırıb ki, pravoslav kilsəsi hər il müqəddəs Pasxa bayramını qeyd edir. “Bu gündən əvvəl 40 günlük oruc tutulur, oruc tutan pravoslav xristianlar yeməkdən, pis əməllərdən və tövbə etmək istəyindən çəkinərək özlərini Məsihin dirilməsinin bu parlaq gününə hazırlayırlar”. Azərbaycanın pravoslav icması adından bütün ölkə sakinlərini təbrik edən yepiskop deyib: “Hər kəsə cansağlığı, xeyirxahlıq arzulayıram, bütün xeyirxah işlərdə Uca Yaradandan kömək diləyirəm ki, ölkəmiz çiçəklənsin, başımızın üzərində aydın səma olsun, ölkəmizdə xeyir şər üzərində qələbə çalsın”.
Pasxa xristianlığın ən qədim və əlamətdar bayramlarından biridir, İsa Məsihin dirilməsinin sevincinin rəmzi sayılır. Pravoslav təqviminə əsasən, bu il Pasxa günü aprelin 20-də qeyd olunur. Ənənəyə görə, bayramdan əvvəl sonuncu cümə axşamı dindarlar Pasxa şirin çörəyi bişirir, axşam isə bayrama hazır olurlar. Şənbə günü bu ləzzətlər xeyir-dua üçün kilsəyə gətirilir və şənbə günündən bazara keçən gecə Pasxa bayramının başlanğıcını və Məsihin dirilməsi bayramını qeyd edənlər xaç yürüşündə iştirak edirlər.
Məsihin “Nurlu dirilməsi” məqamında hər bir pravoslav xristian adətə uyğun olaraq Pasxa süfrəsində toplaşır, pasxa nemətləri və şirin çörəyi bölüşür, yumurta döyüşdürür və “Məsih dirildi” sözləri ilə bir-birini salamlayır.
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18

YAP xəbərləri
19 May 19:30

Elm
19 May 19:19

Dünya
19 May 18:35

YAP xəbərləri
19 May 18:28

YAP xəbərləri
19 May 17:27

Sosial
19 May 17:14

Dünya
19 May 16:23

Sosial
19 May 16:00

Dünya
19 May 15:27

Dünya
19 May 15:03

Xəbər lenti
19 May 14:46

Gündəm
19 May 14:31

Sosial
19 May 13:24

İdman
19 May 12:53

Siyasət
19 May 12:50

Sosial
19 May 12:37

Siyasət
19 May 12:22

Elm
19 May 11:58

Sosial
19 May 11:51

Sosial
19 May 11:12

İqtisadiyyat
19 May 10:29

İqtisadiyyat
19 May 10:29

İdman
19 May 10:19

Siyasət
19 May 10:05

Dünya
19 May 09:58

Dünya
19 May 09:15

Dünya
19 May 08:54

Dünya
19 May 08:13

Hadisə
18 May 23:26

Dünya
18 May 22:39

Elm
18 May 21:33

Sosial
18 May 20:41

İdman
18 May 19:40

Dünya
18 May 18:32

Dünya
18 May 17:28

Dünya
18 May 16:21

Dünya
18 May 15:30

Mədəniyyət
18 May 14:49

Dünya
18 May 13:31

Dünya
18 May 12:47

Dünya
18 May 11:19

Analitik
18 May 10:42

Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40
