Gələcəyin peşələri!
24.04.2025 [08:30]
Peşə seçimində nələrə diqqət edilməlidir?
Süni intellekt əmək bazarına təsir edib...
Texnologiyaların və süni intellektin sürətli inkişafı əmək bazarında əsaslı dəyişikliklərlə nəticələnməkdədir. Belə ki, avtomatlaşdırma, robotlaşma və rəqəmsal transformasiya ilə yanaşı, istehlakçı vərdişlərinin də dəyişməsi bir çox ənənəvi peşələrin tədricən tənəzzülünə gətirib çıxarıb. İnsan əməyinin texnologiya ilə əvəzlənməsi prosesi gün keçdikcə sürətlənir.
Məhz bu prosesin təsiri nəticəsində tənəzzülə uğrayan peşələrin əvəzində yeni, müasir və texnologiyaya əsaslanan peşələr meydana çıxmaqdadır. İnsanların müasir texnologiyaya adaptasiyası və əmək bazarında baş verən dəyişikliklər artıq peşə seçiminə yeni yanaşmalar tələb edir.
Bank əməkdaşlarına tələbat azalır...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, əmək bazarında baş verən dəyişikliklərin təsir göstərdiyi peşə sahələrində bankları xüsusilə qeyd etmək olar. Sosioloqun sözlərinə görə, bank əməliyyatlarının rəqəmsallaşması nəticəsində ənənəvi bank əməkdaşlarına olan tələbatın azalmasını göstərmək olar: “Məhz bu səbəbdən mobil bankçılıq, onlayn ödəniş sistemləri və bankomatlar banklarda bu sahələr üzrə çalışan işçilərin sayının azalmasına təsirini göstərir. Bununla yanaşı, elektron poçt ünvanları və sosial media platformaları sayəsində artıq insanlar məktublara ehtiyac duymurlar. Beləliklə, poçtalyon xidməti, demək olar ki, artıq tarixə qovuşub. Belə tendensiya ilə əlaqədar olaraq bir çox şirkətin satış və müştəri xidmətləri sahəsindəki operatorlara olan tələbatı azalıb. Çünki artıq onların gördükləri işi süni intellektli cavablandırma sistemləri həyata keçirə bilir”.
Sürücülük peşəsi risk altındadır!
Kənd təsərrüfatı sahəsində insan əməyinin texnologiya ilə əvəzlənməsinin uzun illər bundan əvvəl başladığını bildirən sosioloq günümüzdə bu durumun daha intensiv hal aldığını vurğulayıb: “Ölkəmizdə o qədər geniş yayılmasa da, digər dövlətlərdə aqrotexnologiya, demək olar ki, insan əməyini minimuma endirib. Gələcəyi risk altında olan digər bir peşə isə sürücülükdür. Bəzi xarici ölkələrdə artıq sürücüsüz taksilər fəaliyyət göstərir və bu proses geniş miqyas alaraq ənənəvi sürücülük peşəsinin azalmasına səbəb ola bilər”.
İT yeni peşələrin yaranmasına da imkan verir...
Sosioloq qeyd edib ki, sadalanan bu peşələr tənəzzülə uğrayan peşələrin sadəcə, bir qismidir, bunlarla yanaşı, istər təsərrüfatda, istərsə də istehsalatın bir çox sahəsində insan əməyi artıq robot texnologiyaları ilə əvəzlənib. Bütün bu dəyişikliklərə baxmayaraq, informasiya texnologiyalarının (İT) inkişafı yeni və perspektivli peşələrin yaranmasına da imkan verir: “Buna misal olaraq süni intellekt və data analitikası mütəxəssisləri gələcəyin ən vacib peşələri arasında yer alır. Məlumatların təhlili və AI əsaslı sistemlərin inkişaf etdirilməsi müasir bizneslər üçün həyati əhəmiyyət daşıyır”.
Gəlir hər peşədə var, amma...
Hansı ixtisası, peşəni seçsələr də, daha çox gəlir əldə etmək bu gün bütün dünyadakı gənclərin marağındadır. Bu, bir az nisbi anlayış olsa da, etiraf edək ki, bütün zamanların özünəməxsus “pullu” peşəsi var.
Karyera üzrə mütəxəssis Toğrul Ələkbər qəzetimizə açıqlamasında gəlirli peşələrdən danışıb. Ekspertin sözlərinə görə, gəlir hər peşədə var, sadəcə, “gəlirə daha tez necə çatmaq olar?” sualı maraq doğurur: “Burada tələb-təklif məsələsinə də diqqət yetirməliyik. Yəni tələbat və kadr çatışmazlığı olan sahələrdə gəlir daha çox olur. Lakin bu, müvəqqəti ola bilər. Məsələn, koreya dili təcrüməçisi 3000 AZN qazana bilər, çünki onun bazarda rəqibi yoxdur. Ancaq rəqiblər artdıqca, xidmət göstərənlər artır və bu da bazardakı qiymətlərə təsir göstərir.
Gələcəkdə sağlamlıq sektoru xüsusi yer tutacaq
T.Ələkbər gəlirli peşələrdə sağlamlıq sektorunun xüsusi yer tutduğunu bildirib: “Gəlirli peşələr texnologiyanı özündə əks etdirir. İlk olaraq bir neçə istiqaməti - mühəndislik, kompüter və proqramlaşdırma, eyni zamanda təəccüblü olsa da həkimlik və sağlamlıq sahələrini əhatə edir. Sağlamlıq sahəsini xüsusilə vurğulamaq istərdim. Çünki araşdırmalara görə, gələcək peşələrinin içərisində həkimlik və sağlamlıq xüsusi yer tutacaq. Bununla paralel olaraq isə rəqəmsal marketinq, insan inkişafı (HR, kouçinq, təlimçilik, karyera məsləhətçiliyi) və layihə idarəçiliyi peşələri də bazarda tələb olunandır”.
Enerji mühəndislərinə böyük tələbat olacaq...
Ekspert qeyd edib ki, qlobal istiləşmə və ekoloji problemlər alternativ enerji mənbələrinə olan tələbatı artırdığından Günəş, külək və digər ekoloji təmiz enerji mənbələri üzrə mütəxəssislər də gələcəkdə mühüm rol oynayacaqlar: “Bu səbəbdən alternativ enerji mühəndislərinə də gələcəkdə böyük tələbat olacaq. Əmək bazarında baş verən dəyişikliklər onu göstərir ki, ənənəvi peşələrdən bəziləri tədricən yox olsa da, əvəzində yeni və daha innovativ peşələr yaranır”.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, gələcəyin peşələrinə yiyələnmək üçün insanlar yeniliklərə daim açıq olmalı, bilik əldə etməli, texnologiyaya uyğunlaşmalı və innovativ bacarıqlarını inkişaf etdirməlidirlər. Bu, günün tələbidir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

