Əməyin mühafizəsi...
26.04.2025 [09:13]
Müasir dünya təcrübəsindən bəllidir ki, inkişaf etmiş bütün ölkələrdə vətəndaşların işçi olaraq hüquqlarının qorunması mühüm amillərdən sayılır. Belə ki, insanların əməyinin mühafizəsi, onların sağlam və təhlükəsiz iş şəraitində işləməsi sosial siyasətin əsas prioritetlərindən biridir. İnsan amilinin uca tutulduğu ölkələrdə bu prioritetlərin labüdlüyü çoxdan təsdiqlənib.
Əməyin mühafizəsi nədir?
Əməyin mühafizəsi dedikdə istehsal prosesində işçilərin təhlükəsizliyini təmin edən iqtisadi, təşkilati, texniki və hüquqi tədbirlərin məcmusu başa düşülür. Müasir dövrdə insanların əmək fəaliyyəti ən mürəkkəb istehsal alət və vasitələrdən istifadə ilə əlaqədardır. Bu zaman bədbəxt hadisələrə və digər ağır nəticələrə yol verməmək üçün işçilər təhlükəsizlik texnikası ilə tanış edilməli, müasir şəraitinə uyğun əmək təhlükəsizliyi qaydaları yaradılmalı, əməyin mühafizəsi üzrə münasibətləri nizama salan yeni normalar işlənib hazırlanmalıdır. İstehsalatda əməyin mühafizəsi müəssisə rəhbərinə və digər vəzifəli şəxslərə həvalə olunur. Onlar baş verən bütün pozuntulara görə məsuliyyət daşıyırlar.
Dünyanın 100-dən çox ölkəsində...
Aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günüdür. Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən elan olunan bu gün hazırda dünyanın yüzdən çox ölkəsində qeyd edilir. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunmasında məqsəd cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.
Dünyada hər il 2,34 milyon insan...
BƏT-in məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində isə təxminən 2,34 milyon nəfər həlak olur. Bu, hər gün orta hesabla 6 min insan deməkdir. Hər il 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4 faizinin və ya 2,8 trilyon ABŞ dollarının itirilməsi ilə nəticələnir.
Bütün bunlar dünyada əməyin mühafizəsini aktuallaşdıran problemlər kimi çıxış edir. BƏT-in qəbul etdiyi və dövlətlərin qoşulduğu konvensiyaların böyük əksəriyyəti məhz əməyin təhlükəsizliyi, layiqli əməyin təmin olunması məsələlərini əhatə edir.
Əməyin mühafizəsi ölkəmizdə də sosial siyasətin əsas məqsədlərindən biridir. Azərbaycan 1992-ci ildən bəri üzvü olduğu BƏT- in bu sahədə olan bütün konvensiyalarına qoşulub. Daha dəqiq ifadə etsək, ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 konvensiyası ratifikasiya olunub. 2004-cü ildən etibarən isə Azərbaycanda Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

