Dəqiqliyin təminatı...
20.05.2025 [08:11]
Ümumdünya Metrologiya Günüdür
Müasir dövrdə metrologiya cəmiyyətdə müstəsna rola malikdir. Etiraf edək ki, elm, sənaye, iqtisadiyyat ölçməsiz fəaliyyət göstərə bilməz. Dünyada hər saniyə milyardlarla ölçmə əməliyyatları yerinə yetirilir. Onların nəticələri buraxılan məhsulun keyfiyyətinin və texniki səviyyəsinin təmin edilməsində, nəqliyyatın təhlükəsiz və qəzasız işləməsində, tibbi və ekoloji diaqnozların əsaslandırılmasında, məlumat axınlarının analizində geniş istifadə edilir.
Faktiki olaraq insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin, sınağın və nəzarətin nəticələrindən istifadə edilməsin. Onların alınması üçün milyonlarla insanların əməyindən və böyük maliyyə vəsaitlərindən istifadə edilir. Təqribən ictimai əməyin 15 faizi ölçmələrin yerinə yetirilməsinə sərf olunur.
Metrik Konvensiyası
Məhz bu zərurəti nəzərə alaraq 1875-ci ilin 20 mayında inkişaf etmiş 17 ölkənin hökumət nümayəndələri Parisdə məşhur Metrik Konvensiyasını imzalayıblar. Bununla da hər il bütün dünyada qeyd olunan Ümumdünya Metrologiya gününün əsası qoyulub. Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.
Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Hər il fərqli mövzulara həsr olunan Ümumdünya Metrologiya gününün 2025-ci il üçün devizi “Bütün zamanlar və insanlar üçün ölçülər” adlanır.
Həqiqi dəyəri bilmək mümkün deyil
Həqiqi dəyər obyektin və ya hadisənin ideal və mütləq ölçüsüdür, lakin bu dəyəri birbaşa ölçmək mümkün deyil. Bütün ölçmələr təxmini dəyərləri verir, çünki həmişə müəyyən bir ölçü səhvi mövcuddur. Həqiqi dəyəri tam bilmək mümkün olmasa da, dəqiq ölçmə metodları ilə ona yaxınlaşmaq mümkündür.
Metrologiyada bu, ölçmə qeyri-müəyyənliyi adlanır. Bəzən ölçmə qeyri-müəyyənliyi o qədər də əhəmiyyət daşımır. 187 sm ya da 189 sm boyda olmaq həqiqətən də önəmli deyil. Lakin ticarət və istehsalat sahəsində bu daha vacibdir.
Metrologiyada fundamental anlayış - İzlənilmə
Metrologiyada izlənilmə hər hansı bir ölçmə nəticəsinin müəyyən bir milli və ya beynəlxalq standartla əlaqələndirilə bilməsi prosesidir. Bu əlaqə hər mərhələdəki ölçmə qeydləri və səhvlər barədə məlumatların sənədləşdirilməsi ilə təsdiq edilir.
İzlənilmə ölçmənin bir etalon və ya standart vasitəsilə daha yüksək səviyyəli standartlara qədər dayanıqlı və sənədləşdirilmiş bir zəncirlə bağlanmasını təmin edir. Bu anlayış ölçmələrin dəqiq, müqayisəli və beynəlxalq səviyyədə tanınmış olmasını təmin etmək üçün vacibdir. İzlənilmə yalnız texniki bir proses deyil, həm də keyfiyyətin və etibarlılığın təminatıdır.
Kalibrlənmə - dəqiqliyin təminatı
Kalibrlənmə ölçmə cihazının göstəricilərinin müəyyən bir etalon və ya standart ilə müqayisə edilərək dəqiqliyinin yoxlanılması və zəruri hallarda tənzimlənməsi prosesidir. Bu proses ölçmə nəticələrinin milli və ya beynəlxalq standartlarla uyğunluğunu təmin etmək məqsədi daşıyır.
Kalibrlənmə olmadan ölçmə cihazlarının göstəricilərinə etibar etmək mümkün deyil. Hər bir sahədə, xüsusilə də təhlükəsizlik, keyfiyyət və standartların təmin olunmasında kalibrlənmə mühüm rol oynayır.
Azərbaycanda metroloji təminatın əsası
Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün dövlətimizin də diqqətində olan ən vacib məsələlərdəndir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır. Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub. Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

