Sağlam ətraf mühit naminə...
23.05.2025 [08:36]
Ekoloqların peşə bayramıdır
Bəzi problemlər var ki, onlar tək bir ölkəni, xalqı narahat etmir, bütün dünyanı və bəşəriyəti düşündürür. İndiki və gələcək nəsillərin sağlamlığının ən başlıca şərtlərindən biri təmiz ətraf mühitdən asılıdır. Ona görə də, ekoloji problemlərin həlli bütün ölkə və xalqları bu ideya ətrafında daha da sıx birləşməyə vadar edir.
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin günüdür. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı sərəncama əsasən, ölkəmizdə hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Təbiətə sevgi və qayğı göstərən, onun həyatımızdakı rolunu dərk edən hər kəs başa düşür ki, bu gün sadəcə ekoloqların deyil, təbiətin keşiyində duran hər kəsin bayramıdır.
Ölkə başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.
Xatırladaq ki, 2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalamışdı. Bu sərəncam ətraf mühitə qayğının dövlət üçün hansı dərəcədə prioritet məsələ olduğunu təsdiq edirdi.
Azərbaycan hökuməti iqlim dəyişmələrinə bütün dünyanı narahat edən ən qlobal problemlərdən biri kimi həssas yanaşaraq “yaşıl mühit” quruculuğunda dayanmadan səylərini artrırır. Atmosferdə oksigenin miqdarını artırmağın ən optimal üsulu “yaşıl iqtisadiyyat”ın inkişafına nail olmaqdır ki, hazırda bu istiqamətdə davamlı layihələr icra olunur. Xüsusilə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud potensialdan istifadə olunması “yaşıl iqtisadiyyat”a əvəzsiz töhfələr verməkdədir.
Ölkəmiz ötən ilin noyabr ayında postsovet məkanında ilk dəfə olaraq COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu tədbir də ölkəmizdə “yaşıl ətraf mühit” quruculuğunda töhfəverici rol oynadı.
Sözsüz ki, ətraf mühitlə bağlı çoxsaylı tədbirlərin icrasında yenə də əsas məsuliyyət və yük ekoloqların üzərinə düşür. Sənaye inkişaf etdikcə, elmi tərəqqi artdıqca, yeni-yeni infrastruktur layihələri reallaşdıqca, ekoloqlarımızın qarşısında bunların təbiətə vurduğu zərəri heçə endirmək kimi məsul və mürəkkəb bir vəzifə dayanır.
Azərbaycan ekoloqları bütün imkanlarını vətəndaşların sağlam ətraf mühitdə yaşamasının təmin olunmasına yönəldirlər. Bu peşə sahiblərinin gördüyü işlər çətin, vacib və çoxşaxəlidir. Onların yerinə yetirilməsində hər birimiz bu gün peşə bayramını təbrik etdiyimiz ekoloqların yaxın dostu və köməkçisi olmalıyıq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDin
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16

