5-ci sosial paketin 2-ci mərhələsi...
14.06.2025 [12:51]
Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar
Nümunəvi inkişaf modelinə malik olan Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq insanların rifah halının davamlı şəkildə yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ölkədə aparılan məqsədyönlü siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Bunu dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar əsasında uğurla reallaşdırılan sosial islahatlar da əyani şəkildə təsdiqləyir. Bu qəbildən növbəti nümunə dövlətimizin başçısının 12 iyun 2025-ci il tarixində “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanı oldu. Sənəd sosial sferanın dəstəklənməsi baxımından növbəti mühüm addım kimi dəyərləndirilir.
Müxtəlif istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımlar
Azərbaycanın insanların həyat səviyyəsinin yüksəlməsini hədəfləyən siyasətinə uyğun olaraq ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə sosial sferaya ayrılan vəsaitlərin həcmi də artırılır. Məlumdur ki, postmüharibə dönəmində respublikamızın gündəliyində bir sıra mühüm məsələlər yer alır. Xüsusilə də 30 illik işğal dövründə erməni vandalları tərəfindən tamamilə xarabalığa çevrilmiş ərazilərimizin bərpası, ora soydaşlarımızın ləyaqətli qayıdışının təmin edilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdilib. Hazırda bu istiqamətdə böyük maliyyə tutumuna malik genişmiqyaslı layihələr reallaşdırılmasına baxmayaraq, ölkədə sosial sferanın prioritetliyi yenə də diqqət mərkəzində saxlanılır ki, bu da özlüyündə Azərbaycanı nümunəvi bir dövlət kimi səciyyələndirir. Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində ölkəmizdə startı verilən yeni sosial islahat paketi barədə danışaraq vurğulamışdı: “Bu qədər böyük sərmayələr qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar”.
Bəhs olunan Fərmanla ölkəmizdə sayca 5-ci sosial paketin iyul ayından etibarən icrasına başlanacaq. Onun əhatə dairəsi kifayət qədər genişdir. Burada müxtəlif istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımlar nəzərdə tutulur. Beləliklə, dövlətimizin başçısının imzaladığı Fərmanla iyulun 1-dən Azərbaycanda şəhid ailələrinin, 20 Yanvar şəhidi ailələri, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manat müəyyənləşdirilib. Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının itirilməsinə görə müavinətlər də müvafiq olaraq artırılıb. Bundan başqa Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, uşağın anadan olmasına görə birdəfəlik müavinət, dəfn üçün birdəfəlik müavinət, himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət lər də müvafiq yaş qrupları üzrə artıb. Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının pozulmasına görə (faiz dərəcələri üzrə), övladlığa götürülən hər uşağa görə aylıq müavinət, ailə başçısını itirməyə görə aylıq müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü, eləcə də fəxri adlara layiq görülmüş şəxslərin aylıq təqaüdləri gələn aydan artımla veriləcək. Göründüyü kimi, bəhs olunan Fərmanın əhatə dairəsi kifayət qədər genişdir. Sənədə əsasən, sosial müavinət və təqaüdlər orta hesabla 20 faiz artırılır.
3 milyon insanı əhatə edən sosial islahat paketi
Dövət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artırılması Azərbaycanda sosial siyasətin ardıcıllığının əyani təsdiqidir. Bu xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə artımla 2025-ci ildə 16,9 milyard manata çatıb. Bütövlükdə, bu gün sosialyönümlü xərclər dövlət büdcəsinin 41 faizini təşkil edir ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə cari ilin əvvəlindən icrasına başlanan 5-ci sosial paket 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Xatırladaq ki, 5-ci sosial islahat paketinin ilk mərhələsində ölkədə:
- Bu il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb;
- Minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16 faiz artırılıb və beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib;
- Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb;
- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb.
- Bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 faiz artırılıb.
- 2025-ci il fevralın 1-dən minimum pensiya 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılıb;
- 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17

