BMU dünyanın 1000 ən yaxşı universiteti sırasına daxil olub
19.06.2025 [20:12]
Dünya universitetlərinin yeni reytinq siyahısı (QS World University Rankings 2026) açıqlanıb. Bakı Mühəndislik Universiteti (BMU) reytinq siyahısında ciddi irəliləyişə nail olub. Siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BMU-nun əldə etdiyi bu mühüm nəticə universitetin tarixində bir ilkdir. Son illər BMU-da elmi potensialın gücləndirilməsi, infrastrukturun yenidən qurulması, təhsil və idarəetmənin müasir standartlara cavab verməsi, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsi və keyfiyyət göstəricilərinin qlobal miqyasda tanınması istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, məzunların işlə təminatında ciddi irəliləyişlərə nail olmaq üçün sənaye və özəl sektorla əməkdaşlıq daha geniş müstəvidə davam etdirilib. Eyni zamanda, elmmetrik bazalara əlçatanlığın təmin edilməsi, elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, nüfuzlu elmi jurnallarda məqalə sayının artırılması istiqamətində önəmli işlər gerçəkləşdirilib. BMU-da son bir ildə əcnəbi tələbə sayında da müsbət dinamika müşahidə olunub. Əcnəbi tələbə sayı 4 dəfə artıb və xarici tələbələrin təmsil olunduğu ölkələrin sayı 28-ə çatıb.
Bütün bunlar, habelə innovativ siyasət və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yönündə məqsədyönlü fəaliyyət, universitetin gələcək inkişaf üzrə strateji proqramında bu sahələrə, xüsusən elmi göstəricilərin yaxşılaşdırılmasına diqqətin daha da artırılması BMU-nun əldə etdiyi nailiyyətdə mühüm rol oynayıb.
Qeyd edək ki, ümumilikdə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunub. Reytinqin nəticələrinə əsasən, Azərbaycan Cənubi Qafqaz regionunda lider mövqedədir və ölkəmizdən reytinqə daxil olan universitetlərin sayı Cənubi Qafqazın digər dövlətlərindən reytinqə düşən universitetlərin toplam sayından 3 dəfə çoxdur.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

