Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

02.07.2025 [10:57]

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi” çərçivəsində Laçın şəhərində ECO-nun Qadınlar Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün ECO ölkələrində sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də ECO regionu boyunca dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında qadınların rolunu vurğulamaq və gücləndirməkdir.

Forumda iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunacaq.

Forum, eyni zamanda, ECO regionunun müxtəlif ölkələrindən və aidiyyəti beynəlxalq tərəfdaş qurumlardan olan qadın rəhbərlər arasında dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq.

Paylaş:
Baxılıb: 97 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

14 iyul plenumu...

12 İyul 10:38  

Sosial

Siyasət

8-ci səfər...

12 İyul 09:55  

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

12 İyul 08:31  

YAP xəbərləri

Turizm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31