Mütəxəssis: Xroniki yorğunluq müəyyən xəstəliklərin əlaməti ola bilər
01.10.2025 [21:15]
Xroniki yorğunluq gündəlik yorğunluqla eyni deyil. Bu, uzun müddət davam edən, istirahət və yuxudan sonra belə keçməyən, insanın həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Əgər bu hal bir neçə həftə və ya ay davam edirsə, artıq onu sadəcə yorğunluq kimi qəbul etmək olmaz, çünki bu, çox zaman müəyyən xəstəliklərin əlaməti ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirib.
O deyib ki, ən çox rast gəlinən səbəblərdən biri qan azlığıdır: “Qanda oksigen daşıyan hemoqlobinin azlığı səbəbindən orqanizm kifayət qədər oksigenlə təmin olunmur və insan daim halsızlıq, gücsüzlük hiss edir. Digər vacib səbəb isə qalxanabənzər vəzinin xəstəlikləridir. Hormonların çatışmazlığı (hipotiroidizm) maddələr mübadiləsini zəiflədir və insan özünü ağır, yorğun hiss edir. Əksinə, hormonların çoxluğu (hipertiroidizm) orqanizmi yükləyərək enerjini tez tükəndirir. Xroniki yorğunluğa psixoloji amillər də səbəb ola bilər. Stres, narahatlıq və ya depressiya insanın həm emosional, həm də fiziki gücünü azaldır. Bu zaman istirahət kifayət etmir, çünki problemin kökündə psixoloji gərginlik dayanır. Yuxu pozğunluqları da geniş yayılmış səbəblərdəndir. Yuxu apnesi və ya keyfiyyətsiz yuxu zamanı insan yatmış olsa da, orqanizm dincələ bilmir və səhərlər yorğun oyanır”.
Mütəxəssis-ekspert bildirib ki, şəkərli diabet, ürək-damar və ağciyər xəstəlikləri də orqanizmin enerjisini aşağı salır. “Diabetdə qanda şəkərin qeyri-sabit olması tez yorulmaya gətirib çıxarır, ürək və ağciyər problemlərində isə orqanizmin oksigenlə təminatı zəiflədiyi üçün yorğunluq artır. Bəzi hallarda xroniki infeksiyalar və ya immun sistem xəstəlikləri də bu hissi yarada bilər. Hətta səbəbi aydın olmayan və xüsusi olaraq “xroniki yorğunluq sindromu” adlanan bir vəziyyət də mövcuddur. Bu zaman yorğunluq aylarla davam edir və adi analizlərdə heç bir ciddi problem görünməyə bilər. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Qan analizləri, qalxanabənzər vəzi hormonlarının yoxlanılması, şəkər səviyyəsinin ölçülməsi, ürək və ağciyərlə bağlı müayinələr səbəbin aydınlaşdırılmasına kömək edə bilər. Çünki yorğunluq çox zaman başqa xəstəliyin xəbərçisi olur və erkən diaqnoz həm müalicəni asanlaşdırır, həm də fəsadların qarşısını alır”, - deyə o vurğulayıb.
Zakir Quliyev qeyd edib ki, həyat tərzi faktorlarını da unutmaq olmaz: “Yuxu rejiminin qaydaya salınması, balanslı qidalanma, gündəlik fiziki aktivlik və stresin idarəolunması yorğunluğun azalmasında mühüm rol oynayır. Əgər yorğunluq bu tədbirlərə baxmayaraq davam edirsə, artıq onu adi hal kimi qəbul etmək olmaz. Həmçinin uşaqlarda da xroniki yorğunluq sindromu müşahidə oluna bilər. Lakin bu, böyüklərlə müqayisədə daha nadir haldır”.
Onun sözlərinə görə, bu sindrom davamlı və səbəbi izah edilməyən yorğunluqla xarakterizə olunur, ən azı altı ay davam edir və istirahətlə tam aradan qalxmır. “Uşaqlarda bu vəziyyət gündəlik həyat fəaliyyətlərinə, məktəbə davamiyyətə və dərs oxumağa ciddi təsir göstərə bilər. Ən çox rast gəlinən əlamətlər arasında gücsüzlük, diqqət və yaddaşda zəifləmə, baş, əzələ və oynaq ağrıları, yuxu pozuntuları və infeksiyalardan sonra vəziyyətin daha da pisləşməsi qeyd olunur. Səbəbləri tam dəqiqləşdirilməsə də, infeksiyalardan sonra yaranması, immun sistemində dəyişikliklər, stres və yuxu rejimində pozuntularla əlaqələndirilir”, - deyə o bildirib.
Mütəxəssis-ekspert deyib ki, diaqnozun qoyulması çətindir, çünki oxşar əlamətlər dəmir çatışmazlığı, qalxanabənzər vəzinin xəstəlikləri və ya psixoloji problemlərdə də müşahidə oluna bilər: “Müalicəsi əsasən simptomların yüngülləşdirilməsi, həyat tərzinin yaxşılaşdırılması, düzgün yuxu və qidalanma rejiminin tənzimlənməsi, həmçinin psixoloji dəstək üzərində qurulur”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

