Gəncəyə 8 oktyabr hücumu
08.10.2025 [09:54]
Ötən əsrin səksəninci illərinin sonlarından - doxsanıncı illərinin əvvəllərindən Ermənistanın xarici havadarlarının dəstəyi ilə respublikamıza qarşı işğalçılıq siyasəti həyata keçirməsinin fəsadları çox ağır olub. Humanitar böhran yaşamışıq, bir sıra faciələrlə üzləşmişik.
Qan yaddaşımıza yazılan faciələrimizdən biri də tarixin bu günündə - 2020-ci il oktyabrın 8-də baş verib. Söhbət həmin gün cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından gedir. Həmin dəhşətli hadisədən artıq 5 il ötür.
Ermənistan ordusunun bitib-tükənməyən müharibə cinayətləri
Ermənilər havadarlarının hərtərəfli dəstəyi ilə apardıqları Birinci Qarabağ müharibəsində qazandıqları nisbi üstünlüklərə istinad etməklə özləri barədə “döyüşkən xalq” mifi düzəltmişdilər. Onlar eyforiyaya uyaraq hətta “yeni ərazilər uğrunda yeni müharibə” ritorikaları da səsləndirirdilər. Lakin işğalçılıq siyasətinin lap əvvəlindən ermənilərin əl atdıqları çoxsaylı müharibə cinayətləri onların xisləti, necə “döyüşkən xalq” olduqları barədə konkret təsəvvür yaradır. Müharibə aparmağın da öz qaydaları var. Müharibə zamanı tərəflər mütləq qaydada beynəlxalq konvensiyalarla təsbit olunan prinsiplərə, humanitar normalara əməl etməlidirlər. Ancaq xaricdəki havadarlarının dəstəyindən ilhamlanan Ermənistan lap əvvəldən beynəlxalq konvensiyalara məhəl qoymayıb və otuz il ərzində sayı-hesabı bilinməyən müharibə cinayətləri törədib. Əvvəla, Ermənistanın başladığı müharibə ədalətsiz müharibə idi. Ermənilər bu müharibəni “dənizdən-dənizə Ermənistan” xülyasına uyaraq başlamışdılar. Məqsəd də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və oraya bitişik əraziləri zəbt edərək Ermənistana birləşdirmək idi.
E?mənilər öz mənfur niyyətlərini həyata keçirməkdən ötrü ən çirkin vasitələrə əl atmaqdan belə çəkinməyiblər. Bu ölkənin keçmiş rəhbərliyi səviyyəsində Xocalı faciəsinin məqsədli şəkildə törədildiyi etiraf olunub. Bu, faşizmdir, insanlıqdan uzaq bir davranışdır. Və yaxud işğal illərində azərbaycanlılara aid olan ibadət ocaqlarına mal-heyvan bağlanılmasının, qəbiristanlıqların təhqir edilməsinin, hətta burada soyğunçuluq əməllərinə əl atılmasının hansı izahı var? Ermənistan işğal dövründə xarici ölkələrdən Qarabağa erməniləri köçürərək burada qanunsuz məskunlaşdırma həyata keçirib ki, bu da beynəlxalq konvensiyalara görə çox ağır müharibə cinayəti sayılır. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişləri əsasında ərazilərimizin minalanması digər bir dəhşətli müharibə cinayətidir. Bu kimi insanlıqla bir araya sığmayan bəd əməlləri ancaq nifrətdən güc alan bədxah toplum özünə rəva görə bilər....
“Qəhrəman erməni xalqı” mifinin tabutuna son mismar isə şanlı Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində vuruldu. Vətən müharibəsinin hər günündə Müzəffər Azərbaycan Ordusu irəliləyir, yeni-yeni əraziləri işğaldan azad edirdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyət acısı yaşayan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti isə çıxış yolunu postları, silah-sursatı atıb qaçmaqda, fərarilik etməkdə və bir də dincə əhaliyə, keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə tutmaqda görürdü ki, bu da çarəsizliyin açıq-aşkar göstəricisi idi...
5 dəfə dağıdıcı raket atəşinə tutulan Gəncə
İkinci Qarabağ müharibəsinin ilk günlərindən ağır zərbələr alan Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 8-də Gəncəni qadağan olunmuş silahlardan raket atəşinə tutmaqla növbəti müharibə cinayətinə əl atdı. Nəticədə, insan itkisi və yaralılananlar olmasa da, şəhərin infrastrukturuna ciddi ziyan dəydi.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi günlərində cəbhə xəttindən uzaqda yerləşən Gəncə düşmənin intensiv atəş nöqtəsinə çevrilmişdi. Halbuki bu şəhərin bombalanması hərbi baxımdan heç bir önəm kəsb etmirdi.
Müharibə günlərində Gəncə ilk dəfə oktyabrın 4-də raket atəşinə məruz qalıb. Nəticədə 1 mülki şəxs həyatını itirib, 30-dan çox mülki şəxs isə yaralanıb. Ertəsi gün - oktyabrın 5-də şəhərə yenidən dağıdıcı raket atılıb. Bu hücüm nəticəsində 3 nəfər Gəncə sakini yaralanıb. İtkisiz ötüşən 8 oktyabr hadisələrindən sonra Nizami yurdu oktyabrın 11-də yenidən Ermənistan ordusunun müharibə cinayətinin ünvanına çevrilib. Təəssüf ki, bu dəfə itkilərimiz çox olub - 10 mülki şəxs həyatını itirib, 40-dan çox insan yaralanıb. Vətən müharibəsi günlərində Gəncə mənfur düşməndən 5-ci raket zərbəsini oktyabrın 17-də alıb. Bu xain hücum 16 nəfərin həyatına son qoyub, 55 mülki şəxs isə yaralanıb.
Bütövlükdə, Ermənistan silahlı qüvvələrinin ağır müharibə cinayətlərinin miqyası çox böyükdür. Verilən məlumatlara görə, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
İzlər Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə gedir...
Məlum olduğu kimi, hazırda Bakıda zamanında Azərbaycana qarşı dövləti cinayətlər törətməkdə ittiham olunan Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam etdirilir. Oktyabrın 6-da baş tutan iclasda 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib. Sənədlərdən bir daha aydın olur ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbələrini atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq endirib. Hərbi hədəf olmayan mülki obyektlər, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər. Bu tip raketlər keçmiş SSRİ-nin, habelə MDB dövlətlərinin silahlı qüvvələri üçün strateji vasitə olan əməliyyat-taktiki silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur. Beləliklə, Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə növbəti dəfə təsdiqini tapır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Analitik
08 Oktyabr 10:16

Sosial
08 Oktyabr 09:54

Analitik
08 Oktyabr 09:31

Analitik
08 Oktyabr 09:18

Analitik
08 Oktyabr 08:50

MEDİA
08 Oktyabr 08:25

YAP xəbərləri
07 Oktyabr 23:17

YAP xəbərləri
07 Oktyabr 23:04

YAP xəbərləri
07 Oktyabr 23:01

YAP xəbərləri
07 Oktyabr 22:52

Dünya
07 Oktyabr 22:35

YAP xəbərləri
07 Oktyabr 22:09

Dünya
07 Oktyabr 21:58

YAP xəbərləri
07 Oktyabr 21:15

YAP xəbərləri
07 Oktyabr 20:34

Dünya
07 Oktyabr 20:12

YAP xəbərləri
07 Oktyabr 19:43

Dünya
07 Oktyabr 19:16

YAP xəbərləri
07 Oktyabr 19:04

Sosial
07 Oktyabr 18:51

YAP xəbərləri
07 Oktyabr 18:19

YAP xəbərləri
07 Oktyabr 18:18

YAP xəbərləri
07 Oktyabr 17:35

Sosial
07 Oktyabr 17:20

YAP xəbərləri
07 Oktyabr 17:04

Dünya
07 Oktyabr 16:59

Gündəm
07 Oktyabr 16:30

YAP xəbərləri
07 Oktyabr 16:22

Dünya
07 Oktyabr 16:10

YAP xəbərləri
07 Oktyabr 16:02

Dünya
07 Oktyabr 15:49

YAP xəbərləri
07 Oktyabr 15:41

Dünya
07 Oktyabr 15:27

Dünya
07 Oktyabr 14:46

Dünya
07 Oktyabr 14:21

Gündəm
07 Oktyabr 14:18

YAP xəbərləri
07 Oktyabr 13:57

Dünya
07 Oktyabr 13:50

YAP xəbərləri
07 Oktyabr 13:41

Gündəm
07 Oktyabr 13:33

YAP xəbərləri
07 Oktyabr 13:29

YAP xəbərləri
07 Oktyabr 13:28

Sosial
07 Oktyabr 13:21

Siyasət
07 Oktyabr 13:20

Dünya
07 Oktyabr 13:19

YAP xəbərləri
07 Oktyabr 13:09
YAP xəbərləri
07 Oktyabr 13:05

YAP xəbərləri
07 Oktyabr 13:01

YAP xəbərləri
07 Oktyabr 13:00

YAP xəbərləri
07 Oktyabr 12:59

Siyasət
07 Oktyabr 12:55

İqtisadiyyat
07 Oktyabr 12:53

İqtisadiyyat
07 Oktyabr 12:52

Hadisə
07 Oktyabr 12:50

Sosial
07 Oktyabr 12:48

Dünya
07 Oktyabr 12:46

Hadisə
07 Oktyabr 12:45

Analitik
07 Oktyabr 12:44

YAP xəbərləri
07 Oktyabr 12:43

Gündəm
07 Oktyabr 12:23

İqtisadiyyat
07 Oktyabr 12:23

Dünya
07 Oktyabr 12:18

İqtisadiyyat
07 Oktyabr 12:12

Sosial
07 Oktyabr 11:54

Siyasət
07 Oktyabr 11:51

YAP xəbərləri
07 Oktyabr 11:46

Analitik
07 Oktyabr 11:17

YAP xəbərləri
07 Oktyabr 10:50

İdman
07 Oktyabr 10:49

İdman
07 Oktyabr 10:49
