Baxışların gücü...
11.10.2025 [08:51]
Gözlərimizi qorumaq vacibdir!
Hər gözün arxasında fərqli bir dünya var. Onlar yalnız fiziki olaraq görmək üçün deyil, əslində, ruhumuzun aynasıdır. Birinin gözlərinə baxdıqda heç vaxt danışmasa belə çox şey görə bilərik.
Xoşbəxtlik, kədər, narahatlıq, sevgi... Bəzən də gözlərdəki kiçik bir parıltı bütün bir həyatın hekayəsini danışar.
İlk baxışda sadə görünən bu orqan, əslində, çox mürəkkəb quruluşa, bir-biri ilə bağlı olan ayrı-ayrı hissələrdən ibarətdir. Təəssüf ki, bir çox hallarda onun qeydinə qalmaq əvəzinə daha da zəiflədirik. Mütəxəssislər televizor, telefon və kompüter qarşısında mümkün qədər az zaman sərf etməyi, boş vaxtları açıq havada gəzməyi məsləhət görürlər.
Hər il oktyabrın ikinci cümə axşamı Ümumdünya Görmə Günü kimi qeyd edilir. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə təsis edilib və görmə qabiliyyəti tam məhdud olanların, görmə pozuntuları və zəifliyi olanların problemlərinə ictimai diqqəti cəlb etmək üçün təqvimə salınıb.
19 milyondan çox insan...
ÜST-ün məlumatına görə, dünyada təxminən 2,2 milyard insan görmə qabiliyyətindən məhrumdur. Göz xəstəliklərindən əziyyət çəkənlərin sayı isə 19 milyondan çoxdur. Görmə qüsuru olanların 82 faizinin yaşı 50-dən yuxarıdır. Son illərdə bir çox ölkədə yaşlılar arasında görmə qabiliyyətini itirənlərin sayı daha çoxdur. Lakin vaxtında müalicə edilməklə korluq hallarının əksər hissəsinin qarşısını almaq olar.
Hər 20 dəqiqədən bir 20 saniyə...
Texnologiyanın inkişafı həyatımızı asanlaşdırsa da, uzun müddət ekran qarşısında vaxt keçirmək göz sağlamlığı üçün zərərlidir. Kompüter, telefon və televizor kimi cihazların istifadəsi zamanı gözlərimiz yorulur, bu da görmə zəifliyinə səbəbdir. Xüsusilə, rəqəmsal ekranların yaydığı mavi işıq göz retinasına ziyan vurur və zamanla görmə qabiliyyətini zəiflədir. Bu vəziyyət kompüter görmə sindromu adlanan vəziyyətin yaranmasına gətirib çıxara bilər. Mütəxəssislər ekran qarşısında olan zaman hər 20 dəqiqədən bir 20 saniyə ərzində uzağa baxmağı tövsiyə edirlər ki, gözlər dincəlsin. Bu müddət ərzində göz qapaqlarının hərəkəti artırılmalı və gözlər nəm saxlanılmalıdır.
Stress və yuxusuzluq
Stress və yuxusuzluq müasir həyatın ən çox rast gəlinən problemlərindən biridir və göz sağlamlığına da mənfi təsir göstərir. Uzun müddətli stress göz əzələlərinin gərginləşməsinə, göz təzyiqinin artmasına və nəticədə görmə zəifliyinə səbəb ola bilər. Yuxusuzluq isə gözlərin dincəlməsinə mane olur və zamanla göz quruluğu, baş ağrıları və görmə qabiliyyətinin zəifləməsinə yol açır.
Gözlərə mexaniki zərbələr
Gözlərə olan mexaniki zərbələr və travmalar da görmə zəifləməsinin səbəblərindən biridir. Bu cür zədələr idman zamanı, sənaye işlərində və ya sadəcə, təsadüfi qəzalar nəticəsində baş verir. Göz travmaları nəticəsində gözün daxili strukturları zədələnir və bu da bəzən tam görmə itkisinə gətirib çıxara bilər.
Yaşlanma...
Yaşlanma insan bədəninin hər bir orqanına təsir etdiyi kimi, gözlərə də ciddi təsir edir. İnsan yaşlandıqca gözlərin elastikliyi azalır və bunun nəticəsində görmə qabiliyyəti zəifləyir. Bu problem 40 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur.
Son statistikaya görə, ölkəmizdə 172, 7 min nəfər göz xəstəliklərindən əziyyət çəkir. Onların 32, 8 mini 13 yaşadək, 46, 3 mini isə 18 yaşınadək olanlardır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

