Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İlin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçü təmin ediləcək

İlin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçü təmin ediləcək

16.10.2025 [13:03]

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi Ağdamda, Füzulidə və Xocavənddə də bərpa-quruculuq işləri davam edir. Artıq Füzuli şəhərində 3 mindən çox əhali yaşayır. Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinə əhali köçürülüb və hazırda bu kəndlərdə əhalinin sayı 4 min nəfərə yaxındır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, noyabr ayının əvvəlindən başlayaraq Ağdam şəhərinə ilk sakinlər qayıdacaqlar. İlk 900-dən çox ailə bu ilin sonuna qədər, gələn il isə daha 300 ailə 2-ci yaşayış kompleksinə köçürüləcək. Hazırda Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərində də tikinti işləri gedir. Bu iki yaşayış kompleksinə də ümumilikdə 3 mindən çox ailənin köçü nəzərdə tutulur. “Biz bu ilin sonunadək 3-cü yaşayış kompleksində, gələn ilin yanvar ayında isə 1-ci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq. Hədəfimiz 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min nəfərə yaxın əhalinin köçünü təmin etməkdir.

Füzuli şəhərində ilin sonunadək 2-ci yaşayış kompleksində, gələn ilin ortalarında isə 3-cü yaşayış kompleksində tikinti işləri başlayacaq.

Xocavənd rayonunun kəndlərində də təmir proseslərinə başlanılır. Artıq Qırmızı Bazar, Sos kəndlərinə və Hadrut qəsəbəsinə əhalinin ilk köçü baş tutub. Bu proses davam edəcək. İlin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçü təmin ediləcək”, - deyə E.Hüseynov bildirib.

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

Sosial

İqtisadiyyat

MEDİA

Sosial

Aclıqla savaşmaq...

16 Oktyabr 08:59

Sosial

Ümid verən əllər...

16 Oktyabr 08:33

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31