Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb
27.11.2025 [16:32]
İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində növbəti addım olaraq, Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin DOST məntəqəsi fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov məntəqədə yaradılan şərait və xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar.
Nazir DOST konsepsiyasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər aparılan sosial islahatların mühüm uğurlarından biri olduğunu vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modeli əsasında artıq Füzulidə də dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğu şəraitində göstərilir. Anar Əliyev yeni DOST məntəqəsində daim yüksək səviyyədə xidmətlərin göstərilməsi, habelə məşğulluqla bağlı müraciət edən sakinlərin aktiv məşğulluq proqramlarına cəlb edilmələri və s. barədə tapşırıqlarını verib.
Böyük Qayıdış Proqramına uyğun olaraq doğma yurd yerlərinə qayıdan insanların DOST xidmətləri ilə əhatə edilmələri üçün ardıcıl işlər aparılır. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Bərdədə 10 rayon və şəhərin (Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə, Xankəndi) sakinlərinə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi və 2024-cü ildə Şuşa filialı, bu ilin avqust ayında Kəlbəcərdə DOST məntəqəsi açılıb.
Füzuli DOST məntəqəsinin fəaliyyətə başlaması bu istiqamətdə növbəti addımdır. Məntəqə müasir üslubda layihələndirilib. Burada, həmçinin məşğulluq xidmətlərinin və KOBİA tərəfindən kiçik və orta biznesin inkişafının dəstəklənməsi istiqamətində xidmətlərin göstərilməsi, gün ərzində orta hesabla 120-dək vətəndaşın qəbulu nəzərdə tutulur.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, bu məntəqə Füzuli şəhərində məskunlaşmış vətəndaşlara sosial müdafiə, sosial təminat, məşğulluq və əmək münasibətləri istiqamətində xidmətlər göstərəcək. “Burada yeni texnologiyalar tətbiq olunub. Məntəqədə təkcə DOST Agentliyinin deyil, həm də Dövlət Məşğulluq Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də xidmətləri təqdim olunacaq. Ümumilikdə, 120 istiqamət üzrə xidmət göstəriləcək”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

