İnsanlığın ehtiyacı olan duyğu!
28.11.2025 [08:56]
Mərhəmətlə yoğrulan cəmiyyətlər neqativlə yüklənmir...
Bəzən həyatımızın ən çətin anlarında, dərin boşluqda olduğumuz zamanlarda bizə ən çox lazım olan şeylərdən biri mərhəmətdir. Bu hiss zərif bir duyğu olsa da, digər tərəfdən əsl gücün, insanın öz daxilindəki əxlaqi dəyərlərin göstəricisidir. Mərhəmət hissi bu gün dünyada yaşanan bütün sosial və psixoloji ünsiyyət problemlərinin əsas həllidir. Bu duyğu yüksək olan insanların yaşadığı cəmiyyət ilk növbədə sevgisizlik problemini aradan qaldırır, insanlar ünsiyyətin ən ali formasınadək yüksəlirlər. Mərhəmətlə yoğrulan cəmiyyət kin, ədalətsizlik və neqativlə yüklənmir.
Dünya şöhrətli mütəfəkkirlərin, yazıçıların fikrincə, mərhəmət hissi ən ali insani hissdir. Empatiya hissi ilə yaxın məna daşıyan mərhəmət hissi başqasının ağrısını ürəyində hiss etmək mənasında da işlənir. Bəzən mərhəmət hissini empatiya, rəğbət, şəfqət, bağışlama, fədakarlıq kimi hisslərlə eyniləşdirirlər. Lakin mərhəmət hissi qloballaşan dünyada hər gün bir az da yalnızlaşan insanlığın daha çox ehtiyacı olan duyğudur.
Yeri gəlmişkən, noyabrın 28-i Ümumdünya Mərhəmət Günü və ya Ümumdünya Şəfqət Günü kimi qeyd olunur. Bu günün bayram kimi qeyd olunmasının təşəbbüskarı - hind şairi, jurnalist və ictimai xadim Pritiş Nandi sayılır.
Günün keçirilməsində məqsəd hər hansı bir canlıya - insanlara, heyvanlara, bitkilərə zorakılıq etməməkdir. İlk dəfə Mərhəmət Günü 2012-ci ildə Hindistanın Mumbay şəhərində müxtəlif ölkələrin fəallarının iştirakı ilə keçirilib. O vaxtdan bəri Ümumdünya Mərhəmət Günü hər il keçirilir və bu gün mərhəmət prinsiplərinin tərəfdarları dünya əhalisini Sülhə, Sevgiyə və Qarşılıqlı Anlaşmaya çağırır.
Fədakarlıq, mehribanlıq, sevgi....
Psixoloq Aytən Ələkbərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, mərhəmət hissinin insana və ətrafındakılara faydası tərəziyə qoyulmayacaq qədər dəyərlidir. Onun sözlərinə görə, mərhəmət vicdanı rahatladan, bizi insan olmaqdan uzaqlaşdırmayan və sağlam mənəviyyatlı edən vasitədir: “Yaşadığımız dilemmalardan, gördüyümüz çətinliklərdən, qarşılaşdığımız problemlərdən, çiynimizdəki yüklərdən ancaq mərhəmətlə xilas ola bilərik. Mərhəmət hissini bir az da mehribanlıqla müqayisə edə bilərik. Mərhəmət xeyirxahlıqdır, mehribanlıqdır, sevgidir. Bu, şəxsi maraq və xeyir güdmədən başqa insanı başa düşmək istəyidir, bir növ fədakarlıqdır”.
Heyvanlara qarşı amansızlıq edən uşaqlar
Psixoloq qeyd edib ki, uşaqlara kiçik yaşlardan mərhəmət duyğusunu öyrətmək çox vacibdir, çünki mərhəmət hissini tanımadan böyüyən uşaqlar az deyil: “Bunu küçədəki canlılara zərər verən uşaqları gördükcə anlamaq olur. Uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla vura və qısnaya bilirlər. Bəzən itin qulaqlarını, quyruğunu kəsən, quşların qanadını qoparan uşaqları da görürük. Heyvana mərhəmət hissi olmayan insanın insanlara da mərhəməti olmayacaq”.
Virtual platformalar mərhəmət hissini itirir?
Psixoloqun fikrincə, insanların mərhəmət hissini itirməyinin əsas səbəblərindən biri virtual platformalardır: “Sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artdı. Bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çevirdilər. Yalan paylaşımlarla insanların mərhəmətindən istifadə edib pul tələb edən bu adamlar insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərdilər. Beləliklə, bəzən onların kölgəsində qalan, həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara inamımız zamanla yox oldu”.
“Sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artdı. Bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çevirdilər. Yalan paylaşımlarla insanların mərhəmətindən istifadə edib pul tələb edən bu adamlar insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərdilər. Beləliklə, bəzən onların kölgəsində qalan, həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara inamımız zamanla yox oldu”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10

