Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir
15.12.2025 [17:50]
Cəmiyyətdə dini biliklərin formalaşdığı əsas mənbələrin - ailə, kütləvi informasiya vasitələri və ibadət ocaqlarının hər birinin etibarlılıq səviyyəsi eyni deyil və mövcud boşluqlar dini radikalizmə, xurafata və yanlış təsəvvürlərin yayılmasına şərait yarada bilər. Bu səbəbdən ardıcıl, sistemli və etibarlı maarifləndirmənin həyata keçirilməsi üçün ən effektiv platforma məhz təhsil müəssisələridir.
Bunu dekabrın 15-də Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
O, dini məlumatların ən çox üç mənbədən əldə olunduğunu söyləyib: ailə, media və sosial şəbəkələr, habelə din xadimləri. Gündüz İsmayılov qeyd edib ki, bu üç mənbənin heç biri tam etibarlı deyil: “Bütün ailələrin dini bilikləri eyni səviyyədə deyil. Bəzi ailələrdə dini biliklər natamam, bəzilərində isə hətta yanlış ola bilər. Sosial şəbəkələr və təsadüfi internet mənbələri isə çox zaman etibarsızdır və burada dinlə bağlı yanlış məlumatların yayılması daha intensivdir. Üçüncü mənbə olan ibadət evlərində də mövcud vəziyyət tam qənaətbəxş deyil. Dini və dünyəvi bilgiləri geniş olan din xadimlərimiz artsa da, dini ayin və mərasimləri icra edənlərin bir qismi kifayət qədər savadlı deyil”.
Komitə sədrinin müavini bildirib ki, bu reallıq fonunda cəmiyyətin dini biliklərə dair ardıcıl və etibarlı mənbəyə ehtiyacı yaranır: “Bu sualın cavabı aydındır: məktəb və təhsil sistemi. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də dini radikalizm, xurafat və məzhəbçiliklə mübarizədə, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsində ən ardıcıl maarifləndirici platforma məhz təhsil müəssisələridir”.
Gündüz İsmayılov vurğulayıb ki, müəllimlərlə aparılan müzakirələr bu istiqamətdə görüləcək işlərə fokuslanmalı, şagirdlərə sağlam dini dünyagörüşün formalaşdırılması üçün metodik və pedaqoji yanaşmalar gücləndirilməlidir: “Əsas məsələ odur ki, dini biliklər təhrif olunmuş şəkildə deyil, doğru və elmi-praktiki çərçivədə, milli-mənəvi dəyərlərə uyğun şəkildə məktəblərdə ardıcıl təbliğ olunsun”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

