Şuşa Müalicə-Sağlamlıq Mərkəzi yaradılacaq
19.12.2025 [15:39]
İşğaldan azad olunmuş ərazilərdə əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması məqsədilə səhiyyə infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Qarabağ regionu üzrə Laçın Rayon Mərkəzi Xəstəxanası, Ağdərə Xəstəxanası, Şuşa, Ağdam və Zəngilan modul tipli xəstəxanaları, eləcə də Xankəndi poliklinikası daxil olmaqla ümumilikdə 6 tibb müəssisəsində vətəndaşlara ixtisaslı tibbi xidmət göstərilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.
Vüqar Qurbanov bildirib ki, Şuşa Modul Tipli Xəstəxanasında 35 min 449 müraciət üzrə 55 min 408 tibbi xidmət, Xankəndi xəstəxanasında 37 min 782 müraciət üzrə 44 min 982 tibbi xidmət, Zəngilan Modul Tipli Xəstəxanasında 4 min 458 müraciət üzrə 4 min 458 tibbi xidmət göstərilib: “Ağdərə Xəstəxanasına 669 müraciət daxil olub və eyni sayda tibbi xidmət icra edilib. Laçın Rayon Mərkəzi Xəstəxanasında isə 29 min 895 müraciət üzrə 62 min 539 tibbi xidmət həyata keçirilib. Eyni zamanda, bölgədə səhiyyə xidmətlərinin daha da gücləndirilməsi məqsədilə yeni layihələrin icrası planlaşdırılır. Belə ki, 90 çarpayılıq Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin yaradılması nəzərdə tutulur. KT və MRT avadanlıqları ilə təchiz olunmuş, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının qurulması planlaşdırılır. Bundan əlavə, Ağdərə və Xocavənd rayonlarında uşaq və böyük poliklinikalarının, Xocalı rayonunda isə müasir uşaq və böyük poliklinikasının yaradılması nəzərdə tutulub”.
İcraçı direktor vurğulayıb ki, həyata keçirilən bütün bu layihələr işğaldan azad olunmuş ərazilərdə dayanıqlı səhiyyə infrastrukturunun formalaşdırılmasına, əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və bölgədə məskunlaşmanın sürətləndirilməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

