Gündəlik “qulaq dostumuz”
13.02.2026 [08:35]
Radionun həyatımızdakı rolu
Texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın saniyələr içində yayıldığı bir dövrdə yaşayırıq. Sosial şəbəkələr, televiziya və internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bütün bu yeniliklərin fonunda bir ünsiyyət vasitəsi var ki, illər keçsə də öz dəyərini və təsir gücünü itirmir. Radio hələ də məşhur yayım orqanı vasitəsi olaraq yerini qorumaqdadır. Bu kütləvi informasiya vasitəsi bir əsrdən artıqdır ki, insanların məişətinə daxil olmaqla bərabər, onların həyat tərzində mühüm rol oynayır. Eyni zamanda, radio bir rabitə sistemi kimi fövqəladə hallarda geniş və əvəzsiz imkanlara malikdir. Bundan başqa, radio həm də dilimizin təbliğat tribunasıdır. Elektron mediumlar arasında ən köhnəsi olan radionun-“qulaq dostumuzun” yaranmasının uzun bir tarixi var. Hazırda gördüyümüz, daha doğrusu, dinlədiyimiz radionun ərsəyə gəlməsi 1894-cü ilə gedib çıxır. Yeri gəlmişkən, bu gün Dünya Radio Günüdür. Bu günün təsis edilməsi barədə qərar UNESCO-ya üzv dövlətlər tərəfindən 2011-ci ildə qəbul olunub. 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası fevralın 13-nü Dünya Radio Günü elan edib. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb. Radio təkcə texniki vasitə kimi deyil, eyni zamanda, demokratik müzakirənin formalaşması və möhkəmlənməsinin baş verdiyi informasiya məkanıdır. Bu gün bütün radio dinləyiciləri, audiovizual mütəxəssislər və yayımçılar təkcə radionun xüsusiyyətlərinə hörmətlə yanaşmağa deyil, həm də onun sülhü təşviq etmək üçün unikal alətə çevrilməsinə töhfə verməyə dəvət edilir.
Radio necə yaranıb?
Radionun tarix meydanına çıxması üçün səsin yazılıb-yenidən canlandırılması, bundan daha önəmlisi isə fəzada mövcud olan elektromaqnit dalğalarının tapılıb bəşəriyyətin ixtiyarına verilməsi zəruri idi. Səsyazmanın tarixi 13-cü əsrdə-Almaniyada qraf “Böyük Albert”lə başlasa da, sonralar Fransa (J.Dyuqamel və L.Skot), Böyük Britaniya (T.Yunq) və Rusiyada (A.Krotsenşteyn) davam etdirilsə də proses 19-cu əsrdə ABŞ-da sona çatdı. Məşhur ixtiraçı T. Edison davamlı sınaqlardan sonra 1877-ci ilin dekabrında düzəltdiyi fonoqrafın qarşısında həyəcanla “Meri və onun körpə quzusu” adlı uşaq şeirini söyləyir. Bir dəqiqədən sonra ixtiraçının köməkçisi C.Krues heyrət içində aparatın həmin şeiri anlaşılmaz şəkildə təkrar etdiyini eşidir. Beləliklə, səsin dəqiq yazılması və onun yenidən eşidilməsi kəşf olunur, lakin bu, radionun kəşfi demək deyildi. Bundan əvvəl teleqrafın (1837), Morze əlifbasının (1843), telefonun (1876) və səsin telefonla ötürülməsinin (1880) kəşfi də hələ radionun ixtirasını yaxınlaşdırmırdı. Bunun üçün fəzadakı elektromaqnit dalğaları kəşf olunmalı, bu dalğaların axını insanın iradə və istəyinə tabe edilməli, məlumatı naqilsiz, yəni elektromaqnit dalğaları ilə uzağa ötürmək üsulu meydana çıxmalı idi.
Kəşf kimindir: Markoni, yoxsa Popov?
Radionun kəşfi 1894-cü ildə italiyalı mühəndis, radiotexnik Qulyelmo Markoniyə nəsib olur. Uzaq məsafəyə hava dalğaları ilə simsiz xəbər göndərmək marağını təmin etmək üçün Boloniyadakı evinin damında inadla təcrübələr aparan ixtiraçı nəhayət, öz istəyinə çatır.
Markoni hələ məktəbliykən beynindən çoxlu ixtiralar etmək istəyi keçirdi. 20 yaşında olarkən elektromaqnit dalğaları haqqında oxuduğu bir yazı onu çox cəlb etdiyindən gənc mühəndis eksperimentlərə başladı. O, xəyali olanları praktikada tətbiq etmək qərarına gəldi. Markoninin valideynləri övladlarının çox xərc aparan eksperimentləri üçün pullarını əsirgəmədilər. Maraq, bilik və praktik bacarıq 20 yaşlı bu gənci bütün Avropada məşhurlaşdırdı. İtaliyada yaşayan Markoni 21 yaşında İngiltərəyə köçdü və orada naqilsiz rabitə şirkəti yaratdı.
Q.Markoni ilə təxminən eyni vaxtda, 1895-ci ildə rus mühəndisi Aleksandr Popov da elektromaqnit dalğaları kəşf etmiş və onun tapıntısı dərhal təcrübədə sınaqdan keçirilmişdi. Elektromaqnit dalğaların mövcudluğunu göstərməyin daha həssas və etibarlı üsulunu tapan A.Popov bu dalğaları bilavasitə qeydə alan “Kogerer” adlı ölçü cihazı da düzəltmişdi. 1900-cü ilin sərt qışında Finlandiyada - Lavensaari gölündə qəzaya uğramış balıqçıların xilas edilməsində A.Popovun təklif etdiyi bu cihaz radioteleqraf kimi mühüm rol oynadı və bundan sonra rus mühəndisin ixtirasına diqqət xeyli artdı. Son dövrlərdə, yəni dünya elmi ilə təmaslar artdıqca, o cümlədən radionun tarixi ilə bağlı dəqiq bilgilər çoxaldıqca Rusiya alimləri yanlış olaraq “radionu kim kəşf edib? Markoni, yoxsa Popov?” dilemmasını ortaya atmağa çalışırlar. Əlbəttə, radionun inkişafında A.Popovun xidmətləri danılmazdır. Amma dünya radionun banisi kimi Markonini tanıyır. Bu sahədə A.Popovun ixtiraları da danılmır. Məsələn, son dövrün bir çox sorğu kitablarının səhifələrində Markoni və Papov “barışdırılır”.
Zaman dəyişir, texnologiyalar yenilənir. Lakin radionun səsi hələ də həyatımızın fonunda səslənməkdədir. Çünki radio sadəcə informasiya vasitəsi deyil, o, tarixdir, mədəniyyətdir, dostluqdur və ünsiyyətdir. Radionun əhəmiyyəti də məhz bu çoxşaxəli və əvəzolunmaz rolunda öz əksini tapır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

