Xalqımıza qarşı cinayət törədənlərin cəzası...
19.02.2026 [10:53]
Bakıda çıxarılan ədalətli qərar bəşəri cinayətlərin cəzasız qalmayacağını dünyaya nümayiş etdirdi
Ermənistan 30 ilə yaxın müddət ərzindəki işğal siyasətində azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədib. Hərbi və müharibə cinayətlərinin bəşəriyyətə qarşı yönəlməsinə baxmayaraq, beynəlxalq birlik ermənilərin cinayətlərinə qarşı susqunluq nümayiş etdirib. Halbuki Azərbaycan bu cinayətlər barədə beynəlxaq ictimaiyyəti daim məlumatlandırıb. Dünya birliyi Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası üçün heç bir addım atmadı, həmin sənədlər 27 il kağız üzərində qaldı. Belə olan halda, dövlətimiz BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində erməni separatçılarının kökü kəsildi.
Hərbi cinayətkarlar layiqli cəzalarını aldılar
Azərbaycan o ölkələrdəndir ki, həm öz ərazi bütövlüyünü və tam suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa etdi, həm də müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi. Azərbaycanın seçdiyi yolda yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda ədalətin təmin edilməsi dayanır. Cinayətin cəzasız qalmaması prinsipi Azərbaycanın münaqişəyə baxışının əsasını təşkil edir və bu model beynəlxalq humanitar hüququn fundamental tələbləri ilə tam uzlaşır. Məhz bu yanaşma sayəsində müharibə və insanlıq əleyhinə cinayətlərin hüquqi müstəvidə araşdırılması mümkün oldu.
Belə ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar. Bu günlərdə məhkəmə tərəfindən onlara hökm oxunub. Sonuncu hökm isə fevralın 17-də Ruben Vardanyan haqqında verilib. Belə ki, ötən il yanvarın 17-də başlamış və 1 ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxsin barəsində yekun məhkəmə qərarı elan edilib. Elan olunub ki, təqsirləndirilən şəxsə Azərbaycan Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlar həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib. Elan edilib ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Ruben Vardanyan separatçıların maliyyə mənbəyi olub
Nəzərə alaq ki, postmünaqişə mərhələsində dövlətlərin üzləşdiyi əsas məsələlərdən biri müharibə dövründə və ondan əvvəl törədilmiş ağır cinayətlərin hansı hüquqi çərçivədə qiymətləndirilməsidir. Silahlı toqquşmalar başa çata, ərazi üzərində nəzarət bərpa oluna bilər, lakin zorakılıq nəticəsində yaranmış hüquqi məsuliyyət aradan qalxmır. Bu baxımdan Ruben Vardanyan işi Azərbaycan üçün sadəcə bir məhkəmə prosesi deyil, uzun illər mövcud olmuş separatçı sistemin daxili mexanizmlərinin hüquqi müstəvidə ifşa edilməsi deməkdir. Burada əsas diqqət bir şəxsin fərdi bioqrafiyasına deyil, onun yaratdığı və ya dəstəklədiyi cinayət infrastrukturlarına yönəlib.
Separatçı rejimlərin davamlılığı, adətən, ideoloji çağırışlardan deyil, onların maliyyə və təşkilati dayaqlarından asılı olur. Qarabağ bölgəsində uzun müddət fəaliyyət göstərmiş qanunsuz silahlı strukturlar da bu baxımdan istisna təşkil etməyib. Məhkəmə materialları göstərib ki, Ruben Vardanyan həmin strukturların maliyyə təminatında, təşkilati koordinasiyasında və legitimlik görüntüsünün formalaşdırılmasında əsas fiqurlardan biri kimi çıxış edib. Bu fəaliyyətlər hüquqi baxımdan siyasi mövqe kimi deyil, ağır cinayət tərkibləri yaradan konkret əməllər kimi qiymətləndirilib.
Ekspert: Cinayətkarlara əsrin məhkəməsinin qurulması tarixi hadisədir
Məsələ ilə bağlı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin bərpa olunması ilə erməni separatçıların, cinayətkarların tutularaq Bakıya gətirilməsi, onlara əsrin məhkəməsinin qurulması çox böyük tarixi hadisədir. Bu, həm də beynəlxalq ictimaiyyətə bir ismarışdır. Heç bir cinayət cəzasız qalmır, ədalət gec-tez öz yerini tutur. Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyev hər zaman çıxışlarında Azərbaycanın suverenliyinin bərpa olunacağını, dövlətimizə qarşı törədilmiş cinayətlərin ən ağır şəkildə cəzalandırılacağını qeyd edib. İndi bu şəxslərin Azərbaycanda ədalət məhkəməsinə çıxarılaraq onlara haqq etdikləri cəzaların təyin olunması insanlıq əleyhinə törədilən cinayətlərin mütləq cəzalandırılacağına bir ümid yaradır. “Ermənistana vaxtilə kömək etmək istəyən güclər, indi də məhkəmə prosesini təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Halbuki onlar beynəlxalq hüququ, Cenevrə konvensiyasını yazıblar. Həmin ölkələr əslində ədalətin bərqərar olmasını, cinayətkarların cəzalanmasını istəməlidirlər. Amma təəssüf ki, tam əksini görürük”, - deyə o vurğulayıb.
Ekspertin də dediyi kimi, həmin cinayətkarların məhkəməsi ilə bağlı Azərbaycana xaricdən güclü və əsassız siyasi təzyiqlər var idi. Avropa Parlamenti, AŞPA, eləcə də müxtəlif ölkələrin parlamentlərində erməni lobbisinin təsiri ilə bir sıra “sənədlər” qəbul edilib. Lakin bütün bunlar Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə heç bir təsir göstərmək iqtidarında olmadı. Çünki haqq-ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxsləri ədalət mühakiməsinə cəlb etmək, buna nail olmağın özü ədalətin təntənəsidir, münaqişələrin və müharibələrin ədalətli həlli üçün ən məqbul modeldir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

