Yeni sistem dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradacaq
21.03.2026 [10:13]
“Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasıdır. Bu baxımdan, Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanı dövlət qulluğu sistemində çalışan şəxslərin, xüsusilə inzibati vəzifə tutanların əməkhaqlarının artırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. Qəbul edilmiş həmin qərar dövlət qulluqçularının sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir”.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının müdiri, əməkdar müəllim Əvəz Ələkbərov bildirib.
Onun sözlərinə görə, sözügedən yanaşma dövlət orqanlarında çalışan dövlət qulluqçularına və idarəetmə funksiyalarını həyata keçirən, inzibati vəzifə tutan şəxslərə aiddir: “Bu kateqoriyaya daxil olan şəxslər dövlət siyasətinin icrasında, qərarların qəbulunda, eləcə də idarəetmə proseslərinin təşkili və reallaşdırılmasında aparıcı rol oynayırlar. Məhz buna görə də onların əməkhaqlarının artırılması yalnız sosial xarakter daşımır, eyni zamanda idarəetmənin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş strateji addım kimi dəyərləndirilir. Nəticə etibarilə, həmin tədbirlər dövlət idarəetmə orqanlarında səmərəliliyin artırılmasına töhfə verəcəkdir. Yeniliklər təkcə baza əməkhaqqının artırılmasını deyil, həm də müxtəlif əlavə və ödənişlərin optimallaşdırılması və sistemləşdirilməsini nəzərdə tutur. Bütün bu amillər dövlət qulluqçularının ümumi gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olacaqdır”.
Əvəz Ələkbərov qeyd edib ki, “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanının imzalanmasının əsas səbəblərindən biri də dünya miqyasında müşahidə olunan inflyasiya şəraitində ölkəmizdə dövlət qulluqçularının real gəlirlərinin qorunması zərurəti ilə bağlıdır: "Belə ki, son illər ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində pensiya və müavinətlər mütəmadi olaraq indeksləşdirilib. Bu sahədə balansın təmin olunmasına ehtiyac yaranmışdı. Eyni zamanda, dövlət sektorunda çalışan ixtisaslı kadrların özəl sektora axınının qarşısının alınması baxımından mühüm önəm kəsb edir. Xüsusilə, inzibati vəzifə tutan şəxslərin əməkhaqlarının artırılması idarəetmədə məsuliyyət hissinin güclənməsinə, motivasiyanın yüksəlməsinə və ümumilikdə idarəetmənin səmərəliliyinin artırılmasına zəmin yaradır”.
Ə.Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin “Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanı bu sektorda bir sıra müsbət nəticələrin əldə olunmasına rəvac verəcəkdir: “İlk növbədə, dövlət qulluqçularının sosial rifahı daha da yaxşılaşacaq, eyni zamanda əməkhaqlarının artırılması şəffaflığın və məsuliyyətin artmasına müsbət təsir göstərəcəkdir. Digər tərəfdən, bu addım dövlət idarəçiliyində peşəkarlığın və səmərəliliyin yüksəldilməsi üçün əlverişli şərait yaradır. Uzunmüddətli perspektivdə isə effektiv idarəetmənin təkmilləşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradacaqdır. Beləliklə, bu amillər həm sosial, həm də institusional baxımdan sosial-iqtisadi sahənin və dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş kompleks tədbirlər çərçivəsində atılmış mühüm addım kimi dəyərləndirilir".
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

