Azərbaycanlı alimlər beynəlxalq səviyyədə tanınıblar
20.05.2026 [22:14]
Azərbaycanlı alimlər beynəlxalq səviyyədə tanınmağa nail olublar: uşaq cərrahiyyəsi sahəsində aparılan bir araşdırma aparıcı beynəlxalq jurnalda dərc olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri, tibb elmləri doktoru Toğrul Ömərov və Azərbaycan Tibb Universitetinin Birinci cərrahi xəstəliklər kafedrasının tədqiqatçısı, tibb elmləri doktoru Tariyel Ömərov “Uşaqlarda qida borusu atreziyasının korreksiyasından sonra teletibb monitorinqi: Valideynlərin məmnuniyyəti və təhlükəsizlik göstəriciləri” adlı elmi məqalənin həmmüəllifləri qismində çıxış ediblər. Əsər “Scopus”, “Web of Science”, “PubMed” və digər əsas qlobal elmi data bazalarında indekslənən nüfuzlu beynəlxalq elmi jurnal olan “Pediatric Surgery International”da dərc olunub.
“Springer” nəşriyyatının jurnalı olan “Pediatric Surgery International” uşaq cərrahiyyəsi sahəsində aparıcı beynəlxalq nəşrlərdən biridir. Oxunma göstəricilərinə görə ikinci kvartildə (Q2) yer alan jurnal müasir cərrahi texnologiyalar, minimal invaziv müdaxilələr və tibdə rəqəmsal innovasiyalar üzrə tədqiqatların dərc olunmasında ixtisaslaşıb.
Bu məqalədə qida borusu atreziyası əməliyyatı keçirmiş uşaqlar üçün teletibb əsaslı əməliyyat sonrası qayğının valideynlərin məmnuniyyətinə və müalicə təhlükəsizliyinə təsirinin ətraflı təhlili təqdim olunur. Bu tədqiqat uşaq cərrahiyyəsində teletibb dəstək modellərinə həsr olunmuş azsaylı tədqiqat işlərindən biridir və klinik praktikada rəqəmsal həllərin effektivliyi barədə vacib məlumatlar təqdim edir.
Müəlliflər əldə edilən nəticələrin qida borusu atreziyası əməliyyatı keçirmiş uşaqlar üçün əməliyyat sonrası qayğının yaxşılaşdırılması baxımından mühüm praktik əhəmiyyətə malik olduğunu vurğulayırlar.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

