Rahatlıq, yoxsa yeni risk mənbəyi?
09.06.2026 [08:54]
Sürücülərin və piyadaların skuter problemi...
Son zamanlar ölkəmizdə mikromobillik növlərinə maraq artmaqdadır. Ekoloji cəhətdən əlverişli olan bu vasitələrin ən populyarı isə elektrik skuterlərdir. Bu nəqliyyat vasitəsi şəhər həyatına yeni bir dinamika və hərəkətlilik gətirərək insanların gündəlik rutinlərini əyləncəli və çevik bir təcrübəyə çevirir. Lakin qısa məsafəni qət etmək üçün istifadə edilən bu vasitə bəzi narahatlıqlara səbəb olur. İnsanların çoxluq təşkil etdiyi məkanlarda skuterlər təhlükə saçır. Skuterlər üçün xüsusi müəyyənləşdirilmiş yolun olmaması qəzaların hər gün artmasına şərait yaradır.
Bu nəqliyyat vasitələrini sürənlərin yol hərəkəti qaydalarını pozması, piyadalarla eyni səkiyə çıxması, sükan arxasında qoruyucu vasitələrdən istifadə etməməsi və sürət həddini aşması qəza risklərini artırır. Hazırda skuterlər qanunvericilikdə “kiçik elektrik nəqliyyat vasitəsi” kimi tanınır. Onlar üçün ayrıca yol zolaqları tələb olunmur, velosiped zolaqları eyni zamanda bu tip elektrik vasitələrinin də hərəkəti üçün nəzərdə tutulub.
İnsanların narazılığına səbəb olur...
Nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, skuterlərin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var: “Mənfi tərəfi ondan ibarətdir ki, skuterlər özündə kifayət qədər təhlükəni ehtiva edir. Bəzən yolun əsas hərəkət hissəsində skuterlərin idarə olunmasının şahidi oluruq. Eləcə də insanların ən çox üz tutduğu- parklarda, istirahət məkanlarında skuterlərə rast gəlirik. Skuterlər sürət həddinə görə dəyişir. Bəzən sürət həddi çox olan skuterləri idarə etmək olduqca çətindir. Sürəti saatda 50 kilometrə qədər olan skuterlər var ki, bunları idarə etmək olmur. İnsanların çox olduğu yerlərdə belə sürətdə olan skuterlər təhlükəli vəziyyət yaradır. Bu da insanların narazılığına səbəb olur. İnsanlar skuterlərdən çox ehtiyat edir. Xüsusən də azyaşlı uşaqlar parklarda oynayan zaman skuterlərdən dolayı təhlükəli vəziyyətlə qarşılaşa bilərlər.
Nəzarət mexanizmi olmalıdır
Ekspertin fikrincə, hətta insanların istifadə etdikləri əsas yolda bu vasitənin saxlanılması da doğru deyil: “Sukterlərə nəzarət mexanizmi olmalıdır. Qanunvericilikdə skuter nəqliyyat vasitəsi hesab edilmədiyindən bu vasitənin xüsusi müəyyənləşdirilmiş yeri mövcud deyil. Düşünürəm ki, bu vasitə üçün xüsusi ayrılmış yerlər olsa, daha yaxşı olar. Belə olan halda baş verə biləcək təhlükələrin qarşısını almaq olar. Çünki yüksək sürətli sukterlər insanlar üçün təhlükədir.
Digər bir tərəfdən skuterləri idarə edən şəxsin qoruyucu vasitələri olmalıdır. Çünki yüksək sürətli sukterləri idarə edən insanların özləri də hər an təhlükə ilə üzləşə bilərlər. Hesab edirəm ki, skuterlərlə bağlı müəyyən ölçülər götürülməldir”.
40 manatdan 150 manatadək cərimə...
Skuterlərdən istifadə edənlərin əsasən gənclərdən ibarət olduğunu vurğulayan ekspert bildirib ki, onların bir qismi bu vasitələrə əyləncə obyekti kimi yanaşır, yol hərəkəti qaydalarını ya bilmirlər, ya da gözardı edirlər: “Halbuki bu cihazlar əyləncə vasitəsi deyil və istifadə zamanı qayda pozanlara müəyyən cərimələr tətbiq olunur. Belə ki, skuter sürücüləri qayda pozduqda 40 manat, bu pozuntu nəticəsində digər şəxsə və ya avtomobilə zərər dəyərsə, 150 manat cərimə nəzərdə tutulur. Bu da göstərir ki, məsuliyyət yalnız avtomobil sürücülərinin deyil, bütün yol istifadəçilərinin üzərindədir”.
Problem daha da dərinləşə bilər
İ.Hüseynli qeyd edib ki, problemin kompleks şəkildə həm şəhərsalma, həm də nəqliyyat planlaşdırması səviyyəsində həllinə ehtiyac var: “Ümumilikdə, Bakı şəhərində nəqliyyat problemləri müəyyən qədər nəzərə alınaraq həll olunmağa çalışılır. Şəhərin tarixi və qədim struktura malik olması səbəbindən, nəqliyyatın planlaşdırılması əvvəldən düzgün şəkildə qurulmayıb. Son dövrlərdə mikromobillik məsələləri velosipedlər, skuterlər və s. aktuallaşıb. Amma bu yanaşma daha çox şəhərin mərkəzi hissəsində özünü göstərir və ümumi nəqliyyat sistemində əsaslı dəyişiklik yaratmır.
Velosiped və skuter zolaqları təhlükəsizlik təmin ediləcək şəkildə planlaşdırılmalıdır. Şəhərin mərkəzində velosipedlər üçün yaradılan zolaqlar müəyyən dərəcədə rahatlığı təmin etsə da, əslində böyük təhlükə potensialı daşıyır və bu problem gələcəkdə daha da dərinləşə bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

