Bələdiyyələr əhalinin sosial məsələlərinin həllində fəal iştirak edir
11.02.2014 [09:04]
Nərimanov bələdiyyəsində ötən ilin yekunları müzakirə olunub
Azərbaycanın demokratik dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır. Belə ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün yüksək səviyyədə qanunvericilik bazası mövcuddur.
Yeri gəlmişkən, Nərimanov bələdiyyəsi də əhali ilə sıx işləməyi özünün başlıca vəzifəsi hesab edir. Yerli əhəmiyyətli məsələlərin həllində Nərimanov bələdiyyəsi “Bir bələdiyyə-azı bir layihə” çərçivəsində rayonun sosial iqtisadi inkişafında və əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində bir sıra zəruri işlər həyata keçirib. Dünən Nərimanov bələdiyyəsində ötən ilin yekunlarına həsr olunmuş tədbirdə görülən işlər haqda ətraflı məlumat verilib. Bələdiyyənin sədri Təmraz Tağıyev bildirib ki, rəhbərlik etdiyi qurum öz fəaliyyətini ölkə qanunvericiliyi əsasında qurararaq əhalinin sosial məsələlərinin həllində yaxından iştirak edib. Qeyd olunub ki, rayon ərazisində kimsəsiz, tənha qocalara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, xəstə və əlillərə, ehtiyacı olan digər insanlara maddi yardım göstərilib. 2013-cü il ərzində Nərimanov bələdiyyəsi tərəfindən 32 ailə himayəyə götürülüb və 90 ailəyə birdəfəlik maddi yardım edilib.
Eyni zamanda, Nərimanov bələdiyyəsinin inzibati binasında 20 Yanvar Ümumxalıq Hüzn günü ilə əlaqədar 40 nəfər əlil və şəhid ailələrinin üzvlərinə maddi yardım edilib, milli bayramımız olan Novruz bayramı münasibətilə 170 ailəyə bayram sovqatı paylanıb, 9 May Böyük Vətən Müharibəsində qələbənin 68-ci ildönümü münasibətilə 12 nəfər Böyük Vətən Müharibəsi iştirakçılarına maddi yardım edilib. Həmçinin, bələdiyyənin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski prospektinin kəsişməsində təşkil edilmiş iməclikdə böyük ruh yüksəkliyi ilə iştirak edib. Bildirilib ki, Nərimanov bələdiyyəsi gələcəyimiz olan uşaqların daim qayğısına qalır. Ötən il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə 49 və 148 № li körpələr evi-uşaq bağçasında bayram şənliyi təşkil edilib, musiqili-əyləncəli proqram təşkil olunub və uşaqlara hədiyyələr təqdim edilib.
T.Tağıyevin sözlərinə görə, Nərimanov bələdiyyəsi rayonun sosial iqtisadi inkişafında ərazinin müxtəlif sahələrində uğurlu nəticələr əldə edib. Bələdiyyənin ilboyu abadlıq işlərini davam etdirdiyini deyən sədr qeyd edib ki, bir sıra ərazilərdəki yollara yeni asfalt örtüyü çəkilib. Həyata keşirilmiş abadlıq işləri nəticəsində rayon sakinlərin rahat gediş-gəlişi təmin edilib. Bildirilib ki, dövlət tərəfindən verilmiş dotasiya bir sıra binaların həyətlərində asfalt örtüklərinin təzələnməsinə xərclənib. Eyni zamanda, sakinlərin müraciətləri əsasında 3 ünvanda yararsız vəziyyətə düşmüş dam örtükləri təzələnib. Mayakovski küçəsi, ev 11/13, mənzil 13 ünvanında yaşayan şəhid ailəsi Həsənova Kifayət Savalan qızının yaşadığı mənzilin dam örtüyünün və tavanın təmir edilməsinə bələdiyyə iclasının qərarına əsasən 500 manat məbləğində maddi yardım edilib. Eləcə də, aztəminatlı ailədən olan üç nəfər tələbənin təhsil haqqı bələdiyyə tərəfindən köçürmə yolu ilə ödənilib.
T.Tağıyev bildirib ki, 2013-cü ilin noyabr ayının 25-dən dekabr ayının 1-dək keçirilən yerli demokratiya həftəsi çərçivəsində rayonun ayrı-ayrı məhəllələrində sakinlərlə bələdiyyə üzvlərinin görüşü keçirilib, onların yerlərdəki problem və qayğıları öyrənilib, imkan daxilində mümkün olanları yerində həll edilib. Eyni zamanda, bələdiyyənin inzibati binasında ağsaqqallarla da görüş keçirilib. Onun sözlərinə görə, Nərimanov rayonu üzrə 311,22 hektar torpaq sahəsi Nərimanov bələdiyyəsinin istifadəsinə verilib. Həmin torpaq sahəsindən 100,4 hektarı icarəyə verilib ki, bunun da 60,8 hektarı sahibkarlıq məqsədilə, 39,6 hektarı isə digər məqsədlər üçün istifadəyə verilib.
Tədbirdə həmçinin, Nərimanov bələdiyyəsi sədrinin müavinləri Akif Vəliyev, Yaşar Rəhimov və Adil Ağayev çıxış edərək vurğulayıblar ki, Nərimanov bələdiyyəsi bundan sonra da rayonun sosial-iqtisadi həyatının inkişafında yaxından iştirak edəcək. Sonda bəzi bələdiyyə işçiləri fəxri fərmanlarla təltif olunublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

