Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir
02.10.2026 [18:45]
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın əsasları” Federal Tədqiqat Mərkəzinin Neft mikrobiologiyası laboratoriyasının əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Yekaterina Semyonova ilə görüş keçirilib. Laboratoriyanın əsas fəaliyyət istiqamətlərini yeraltı ekosistemlərdə və neft yataqlarında mikrob icmalarının öyrənilməsi təşkil edir. Yekaterina Semyonova mikrobiologiya və biotexnologiya sahələrində tədqiqatlar aparır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı laboratoriya müdiri İradə Eyvazova və baş elmi işçi Könül Qəhrəmanova ilə söhbət aparılıb. Söhbət zamanı əsas tədqiqat istiqamətləri, əməkdaşlıq perspektivləri, birgə tədqiqatların mümkün sahələri, həmçinin mikrobiologiya və biotexnologiya üzrə birgə elmi layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Daha sonra Yekaterina Semyonova Kimya İnstitutunun Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının mikrobioloji tədqiqat bölməsi ilə tanış olub, laboratoriyanın əməkdaşları Təranə İbrahimova, Aygün Alməmmədova və Aytac İsmayıllı ilə görüşüb. Müzakirələr zamanı karbohidrogenlərin transformasiyasında iştirak edən mikroorqanizmlərin öyrənilməsi, neftoksidləşdirici mikroorqanizmlərin tədqiqi, həmçinin torpağın, suyun və neft avadanlıqlarının neftlə çirklənməsinin aradan qaldırılması məqsədilə biopreparatların hazırlanması istiqamətində əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilib. Eyni zamanda, birgə tədqiqatların aparılması və elmi təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib. Görüşün sonunda Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın əsasları” Federal Tədqiqat Mərkəzinin mütəxəssisləri arasında gələcək elmi əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün perspektivli istiqamətlər müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxİdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37

