/ / “Burada yetişdirdiyimiz gənclər Azərbaycan dövlətinin mənafeyinə xidmət etmək üçün həyata atılırlar”
“Burada yetişdirdiyimiz gənclər Azərbaycan dövlətinin mənafeyinə xidmət etmək üçün həyata atılırlar”
20.05.2014 [08:52]
Közhan Yazqan: Məqsədimiz gənclərimizi, uşaqlarımızı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “Bir millət, iki dövlət” ideyası ilə yetişdirməkdir
“Rəhmətlik atam Turan Yazqanın 1980-ci illərdə türk coğrafiyasında mədəni bir bütünlük yaratmaq məqsədilə əsasını qoyduğu Türk Dünyası Araşdırmaları Vəqfinin əsas hədəflərindən biri hər bir türk gəncinin xalqa, Vətənə, dövlətə layiqli şəxs kimi yetişməsində onlara yardımçı olmaqdır. Eyni zamanda, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk liseyində də şagirdlərimizin keyfiyyətli təhsil alması üçün hər cür şəraitin yaradılmasına çalışırıq”. Bunu bu günlərdə Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan deyib. Onunla müsahibəni təqdim edirik.
- Közhan bəy, Azərbaycana budəfəki səfərinizin məqsədi nədir?
- Bildiyiniz kimi, Türk Dünyası Araşdırmaları Vəqfinin xarici ölkələrdə yaradılmış ilk təhsil ocağı Bakı Atatürk liseyidir. Eyni zamanda, Azərbaycan İqtisad Universitetində fakültəmiz var. Bu məqsədlə müntəzəm olaraq Bakıya gəlir, hər iki qurumun fəaliyyəti ilə maraqlanırıq. Bundan başqa, liseyimizdə yeni dərs ili üçün sınaq imtahanı keçirilir. Mayın sonlarında isə məzuniyyət mərasimi keçirəcəyik. Məhz belə bir ərəfədə Bakıya səfər etməyi məqsədəuyğun bildik.
- Bəs Bakıda olduğunuz müddətdə hansısa görüşlər keçirdinizmi?
- Azərbaycan Təhsil Nazirliyində görüş keçirdik. Eyni zamanda, yazılı şəkildə müraciətlərimizi ünvanladıq. Qeyd edim ki, bizim Azərbaycan hökumətindən hansısa maddi yardım gözləntimiz yoxdur. Bunu hər kəs yaxşı bilir. Sadəcə, Türk sevdası ilə bu ölkəyə gəldik və fəaliyyətimizi də Türk sevdası ilə davam etdiririk.
- Bakı Atatürk liseyinin fəaliyyəti sizi qane edirmi?
- Öncə vurğulayım ki, artıq 22 ildir Bakı Atatürk liseyinin fəaliyyəti uğurla davam edir. Məqsədimiz gənclərimizi, uşaqlarımızı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “Bir millət, iki dövlət” ideyası ilə yetişdirməkdir. Türk Dünyası Araşdırmalar Vəqfinin mərhum başqanı Turan Yazqanın da dediyi kimi bizim Türk milləti olaraq uşaqlardan başqa tutacaq heç bir dayağımız yoxdur. Uşaqların keyfiyyətli bir şəkildə təhsil alması üçün əlimizdən gələni əsirgəməmək başlıca məqsədimizdir. Fəaliyyətimizi nə qədər geniş şəkildə həyata keçirsək biz bir o qədər şad olarıq. Həmçinin, rəhmətlik Turan Yazqanın da ruhu şad olar. Konkret sualınıza gəlincə, deyim ki, məktəbin göstəriciləri bizi son dərəcə məmnun edir və bundan yalnız qürur duyuruq. Həmçinin, liseyimizə qəbul olunmaq istəyən şagirdlərin sayında hər il artım qeydə alınır. Bunun üçün biz sınaq imtahanları keçiririk. Düşünürəm ki, bu da bizim verdiyimiz təhsilin keyfiyyətli olduğunun göstəricisidir. Bu fəaliyyətimiz Azərbaycan tərəfindən də təqdir edilir.
- Bəs, liseyin fəaliyyətinin genişləndirilməsi istiqamətində hansısa planlarınız varmı?
- İndi bizim əsas məqsədimiz rəhmətlik atam Turan Yazqanın ideallarının yarımçıq qalmış bölümlərini həyata keçirməkdir. Eyni zamanda, Azərbaycandakı liseyimizin fəaliyyət sahəsini genişləndirmək, onu böyütmək istəyirik. Məktəbimizi böyütmək üçün bizə gələn tələblərə, təəssüf ki, müsbət cavab verə bilmirik. Səbəb isə odur ki, indiki binamız fəaliyyətimizi genişləndirməyimizə imkan vermir. Azərbaycanın təhsil naziri ilə görüşüb bu məsələni həll edə biləcəyimizə inanıram.
- Vəqfin Türkiyədəki liseyləri ilə Bakı Atatürk liseyi arasında qarşılıqlı təcrübə mübadiləsinin, səfərlərin təşkili planlaşdırılırmı?
- Bu sahədə bir sıra fəaliyyətlərimiz var. Belə ki, hər il təşkil etdiyimiz Uşaq Şölənini bu il də keçirəcəyik. Həmin tədbir vasitəsilə bütün Türk dünyasından olan uşaqları bir araya gətirir, onları Türkiyədəki məktəblərdə qonaq edir, hamımızın bir millət olduğumuzu onlara bir daha xatırladırıq. Bundan əlavə olaraq Türkiyədə, mərhum Turan Yazqanın məmləkətindəki məktəblərdən biri-Turan Yazqan Anadolu liseyi ilə Bakı Atatürk liseyi qardaşlaşmış məktəb elan olunublar. Növbəti ildən etibarən iki məktəbin şagirdləri arasında qarşılıqlı səfərlər təşkil ediləcək.
- Məlum olduğu kimi, rəhmətlik Turan Yazqanın ən böyük xəyallarından biri də Azərbaycanın müxtəlif bölgələrində məktəblər açmaq idi. Bəs bu istiqamətdə hansısa addımlar atılırmı?
- Bəli. Rəhmətlik atamın bu arzusunu gerçəkləşdirmək niyyətindəyik. Yəni, bundan öncəki müsahibələrimdə də vuğuladığım kimi, Azərbaycan miqyasında Atatürk liseylərinin sayını artırmaq niyyətindəyik və ilk olaraq bu istiqamətdə Gəncədə bir məktəb açmaq istəyirik. Lakin orada bir binaya ehtiyacımız var, o məsələdə bizə kömək edilərsə, Gəncə bölgəsində də sevə-sevə təhsilə başlayacağıq. Burada bir məqamı xüsusi olaraq vurğulamağı özümə borc bilirəm. Bizim burada yetişdirdiyimiz gənclər sırf Azərbaycan dövlətinin mənafeyinə xidmət etmək üçün həyata atılırlar. Biz onları sırf Azərbaycana faydalı olmaları üçün yetişdiririk, ondan başqa heç bir gizli niyyətimiz ola bilməz. Eyni zamanda, kimsəyə sirr deyil ki, bizim təhsil sahəsindən pul əldə etmək kimi məqsədimiz yoxdur və heç bir zaman da belə niyyətə düşmərik. Sadəcə məqsədimiz dildə, fikirdə, işdə birlik ideyasını Azərbaycana, bütün Türk dünyasına yaymaqdır.
- Dünya praktikasında bir qayda olaraq bu kimi vəqflərin özünün ali təhsil ocaqları da olur. Siz də yaxın gələcəkdə ali təhsil ocağı təsis etməyi düşünürsünüzmü?
- Bizim başlıca məqsədimiz ondan ibarətdir ki, vəqfin bütün təhsil müəssisələrini ən qısa zamanda bir universitet çətiri altında toplayaq. Həmin universitet də Türk Dünyası Universiteti olmalıdır. Türk dünyasından gələcək gəncləri İstanbulda yerləşəcək bir universitetdə oxutdurmaq rəhmətlik atamın ən böyük arzularından biri idi. Məhz buna görə də, Türk Dünyası Turan Yazqan Universiteti ilə bağlı fəaliyyətimiz davam edir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55

