/ / Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib
Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib
24.06.2014 [09:45]
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunan “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfrans Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə təşkilatçılığı ilə baş tutub.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə biliyə əsaslanan milli inkişaf və dövlət qulluğu sisteminin idarə edilməsinin elmi əsasları, dövlət quruculuğu, dövlət idarəçiliyinin formalaşması və dövlət qulluğunun inkişafı prosesində Ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri barədə danışıb.
Rektor peşəkar dövlət qulluqçularını hazırlamaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasını, “Dövlət Qulluğu haqqında” Qanunun qəbul edilməsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkilini, dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini bu sahədə həyata keçirilən uğurlu islahatlar kimi səciyyələndirib. Akademik U.Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə daim diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını deyən rektor bildirib ki, uzun illər idarəetmə sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına rəhbərlik etməsi bu sistemin uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdəndir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov dövlət idarəçiliyi istiqamətində respublikamızda həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan söhbət açıb. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “dövlət qulluğu” termini ilk dəfə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və referendumda qəbul edilən Konstitusiyada öz əksini tapıb.
Konfransda “Dövlət qulluğunda insan resurslarından səmərəli istifadə”, “Dövlət idarəçiliyində səmərəliliyin təmin olunmasında dövlət qulluqçusu-vətəndaş münasibətləri” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş uğurlardan söhbət açılıb, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə ilə seçilməsi və digər məsələlər barədə qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsinin elmi təhlili sahəsində görülən işlər diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

