Şəkidə “İşığın düşmə bucağı” sənədli filminin təqdimatı keçirilib
13.09.2014 [10:51]
Sentyabrın 12-də Şəki şəhərindəki “Şəki saray” hotelində Azərbaycanda ilk qadın nəşri olan “İşıq” qəzetinə həsr olunmuş “İşığın düşmə bucağı” sənədli filminin təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov təqdimatı keçirilən filmin rəhbərlik etdiyi qurumun milli mətbuat tariximizdə önəmli rolu olan mətbu nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı çəkdiyi “Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindən növbəti ekran əsəri olduğunu bildirib.
İndiyədək şuranın “O film” studiyası ilə birgə layihəsinin məhsulu olaraq görkəmli mütəfəkkirlər Məhəmməd Əmin Rəsulzadənin və Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən bəhs edən filmlərin ərsəyə gətirildiyini deyən Ə.Amaşov götürülmüş xəttin davamlı olacağını vurğulayıb.
MŞ-nin sədri təqdimatı keçirilən filmin həsr olunduğu “İşıq” qəzeti ilə bağlı məlumat verərək bildirib ki, mətbu orqan XX əsrin əvvəllərində cəmiyyətdə maarifçilik ideyalarının yayılmasında müstəsna rol oynayıb. Ə.Amaşov qeyd edib ki, həmin dövrdə Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadınının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul vəzifəni üzərinə götürmüşdü. Qadınların təhsil, ailə-nikah, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda gərgin əmək sərf edilirdi. Bu, həmin vaxt olduqca çətin bir vəzifə idi.
“Nəşrin cəmi 68 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, o vaxtdan uzun illər keçsə də, “İşıq” örnəkdir. Qəzetin redaktoru Xədicə xanım Əlibəyova Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb”, - deyən Ə.Amaşov, həmçinin bu kimi mətbu orqanlar, eləcə də orada çalışan qadın jurnalistlərin həyat və yaradıcılığı ilə bağlı geniş araşdırmaların aparılmasına zərurət duyulduğunu diqqətə çatdırıb.
Şuranın sədri, həmçinin təqdimatı keçirilən filmdə X.Əlibəyovanın həyat və fəaliyyətinə geniş yer verildiyini vurğulayıb. O, həmçinin filmin təqdimatının X.Əlibəyovanın doğma yurdu olan Şəkidə təşkilinin rəmzi məna daşıdığını diqqətə çatdırıb. Bildirib ki, X.Əlibəyovanın maarifçilik fəaliyyətinin əhəmiyyətli qismi Şəki ilə bağlı olub.
Mərasimdə çıxış edənlər bildiriblər ki, “İşıq” qəzeti geniş imkanlara malik olmamasına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Qəzet maarifçi ideyalarla gündəmə gəlib, qadınları öz taleyini düşünməyə səfərbər edib. Nəşrin redaktoru Xədicə xanım isə Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlərin yetişməsində müstəsna pay sahibi olub.
Toplantıda “İşıq” qəzetinin cəmiyyətdə milli vətənpərvərlik ruhunun aşılanmasındakı müstəsna roluna dair maraqlı faktlar açıqlanıb. Bildirilib ki, qəzet anaları öz övladlarını Qafqaz İslam Ordusuna yazdırmağa çağırırdı. Vətən, müstəqillik uğrunda mübarizəni təlqin edirdi.
Mərasim iştirakçıları, həmçinin “İşıq” qəzetində irəli sürülən ideyaların Azərbaycan qadınının bu günü üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd edək ki, “İşığın düşmə bucağı” sənədli filminin ideya müəllifi Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, layihənin rəhbəri MŞ-nin sədri Əflatun Amaşov, baş məsləhətçisi və ssenari müəllifi “O film” studiyasının rəhbəri, jurnalist Bəxtiyar Qaracadır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

