Daha 12 gənc “Azercell”in Tələbə Proqramına qoşulmaq imkanı qazanıb
25.09.2014 [10:06]
Azərbaycan mobil rabitə bazarının lideri “Azercell Telekom” fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif tələbə proqramlarını xüsusilə qeyd etmək olar. Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Proqramının bu il üçün nəticələri müəyyən edilib.
Tələbə Proqramının çoxmərhələli seçimləri nəticəsində 12 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın qalibləri sırasında Qafqaz Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin,Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin tələbələrinin adları yer alıb.
Şirkətdən verilən məlumatda qeyd olunur ki, qaliblərin seçilməsi üçün 3 mərhələ keçirilib. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci seçim mərhələsində tələbələrə məntiq məsələlərindən ibarət yazılı tapşırıqla yanaşı, müxtəlif mövzularda ingilis dilində inşa yazmaq tapşırığı verilib. Nəhayət, sonuncu mərhələdə tələbələr “Azercell”in rəhbər vəzifələrində çalışan işçiləri və mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbə Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır.
Qeyd edək ki, azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqram 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Onlar “Azercell”dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.
SƏlim
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

