Bilik Fondu, Yaradıcılıq Fondu və BSU birgə saziş imzalayıb
23.01.2015 [09:24]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu, Bakı Slavyan Universiteti (BSU) arasında üçtərəfli saziş imzalanıb. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, BSU-nun rektoru Asif Hacıyev, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmovun imzaladığı saziş yaradıcı insanların potensialının aşkarlanmasına imkan verəcək.
Sazişə görə, tərəflər müxtəlif bölgələrdə yaşayan yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin milli dövlətçilik ruhunda tərbiyə olunması, istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
İmzalanma mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağında 10 ilə yaxındır Yaradıcılıq fakültəsinin fəaliyyət göstərdiyini xatırladıb. Rektor bildirib ki, bundan sonra fakültənin əhatə dairəsi Yaradıcılıq Fondunun xətti ilə daha da genişlənəcək, bütün bölgələrin istedadlı şəxslərinin faydalana biləcəyi quruma çevriləcək.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu sazişin mədəni, eyni zamanda, intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib: “Azərbaycan istedadları ilə seçilən ölkədir. Hər dövrdə sayılıb-seçilən istedadlı şəxslərimiz olub. Belə insanlar ölkənin hər yerində bu gün də var. Onlara yaradıcılıq imkanlarının yaradılması, fəaliyyətlərinin diqqət mərkəzinə çəkilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə Yaradıcılıq Fonduna dəstək verməyə hazırdır və imzaladığımız sazişlə biz etmək istədiklərimizin hüquqi əsasını da formalaşdırmış olduq”.
Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov təməli Yaradıcılıq fakültəsi ilə qurulan təşkilatın bu gün əhatə dairəsini genişləndirərək fond funksiyasını yerinə yetirməsini intellektual kəsimin böyük uğuru kimi dəyərləndirib. Q.Rüstəmov deyib ki, Yaradıcılıq Fondu bütün sahələrdə yaratmağı bacaran insanların müraciət edəcəyi məkan olacaq.
Xatırladaq ki, Yaradıcılıq Fondu yazıçı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BSU-nun rektoru olmuş akademik Kamal Abdullanın təşəbbüsü ilə yaradılıb və bü gün də fəaliyyətini davam etdirir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

