Gəncə “ASAN xidmət”i: İnsanlar çox rahat və razıdırlar
28.01.2015 [10:02]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yaradılan “ASAN xidmət” mərkəzləri gündən-günə fəaliyyətini genişləndirir, dolğun və sanballı iş nümunəsi ilə vətəndaşların etimadını qazanır. Gəncə “ASAN xidmət” mərkəzi 2013-cü ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzdə Gəncə və ətraf rayonlar daxil olmaqla, gün ərzində 2 min vətəndaşa xidmət göstərilir. Fəaliyyətə başladığı gündən indiyədək mərkəzə müxtəlif məsələlərlə bağlı 500 mindən çox vətəndaş müraciət edib.
“Burada 120 nəfər işçi, 80 nəfərdən ibarət könüllü qrupu insanlara nümunəvi xidmət göstərir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti dövlət strukturlarına etimadın daha da yüksəldilməsini, şəffaflığın artırılmasını, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini və elektron xidmətlərdən daha geniş istifadə olunmasını təmin etməklə, insanları əlavə xərclərdən, vaxt itkisindən və bir sıra çətinliklərdən xilas edib. Mərkəzdə 10 dövlət qurumu tərəfindən 30-a yaxın xidmət göstərilir. Bundan başqa, vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə funksional yardımçı xidmətlər də göstərilir. Vətəndaşlar ən çox şəxsiyyət, sürücülük vəsiqələrinin, ümumi vətəndaş pasportunun alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notarius məsələləri ilə bağlı müraciət edirlər.
“ASAN xidmət” ölkəmizdə insanlara xidmət sahəsində köklü dəyişikliklər edib. Ortada isə bir ali məqsəd var - vətəndaş məmnunluğu. Hər gün mərkəzimizə böyük ümidlərlə üz tutan yüzlərlə insan ürəkdolu sevinclə bizdən ayrılır. Bu sevincin, fərəhin dəyəri yoxdur” - Gəncə “ASAN xidmət” mərkəzinin direktor müavini Altay Ələsgərov belə deyib.
Bu gün ölkə başçısının diqqət və qayğısı, şəhər rəhbərliyinin genişmiqyaslı təşkilatçılığı ilə Gəncə sürətli inkişaf yolundadır. İnsanların firavanlığı və rahatlığı təmin edilib. Əldə olunan nailiyyətlər sırasında Gəncə “ASAN xidmət” mərkəzinin səmərəli və uğurlu fəaliyyəti şəhərin qaynar həyatına yeni ab-hava, yüksək əhval-ruhiyyə gətirib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

