BANM-də 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
03.02.2015 [18:01]
Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri bayram münasibətilə təbrik edib. E.Qasımov bildirib ki, Azərbaycanda gənclərə qayğı dövlət səviyyəsində həyata keçirilən istiqamətlərdən biridir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal hazırda isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən danışan Elmar Qasımov deyib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. O, həmçinin, vurğulayıb ki, Azərbaycan gəncliyinin inkişafı, istedadlı, bilikli gənc kadrların yetişdirilməsi üçün gənclərin həm ölkə daxilində, həm də xaricdə təhsilinə böyük önəm verilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli Sərəncamına əsasən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq olunub və bu proqram sayəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təmin olunub. E.Qasımov, həmçinin, ölkə Prezidenti tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq edən Sərəncam imzalandığını da xatırladıb. E.Qasımov bütün bu görülən işlərin Azərbaycan gəncliyinin inkişafına yönəldiyini və gənclərin daim dövlətimizin qayğı və diqqəti ilə əhatə olunduğunu vurğulayıb.
E.Qasımov deyib ki, məhz BANM-in yaradılması da dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir O, gənclərin BANM-dəki sosial-mədəni həyatı haqqında danışaraq, hərtərəfli və savadlı gənclərin gələcəkdə yüksək səviyyəli peşəkar kadrlara çevriləcəyinə əminliyini ifadə edib. Hazırda Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil alan BANM tələbələri Aida Soltanova və Kamran Əliyev videogörüntü vasitəsi ilə ali məktəbin bütün tələbələrini, o cümlədən, öz qrup yoldaşlarını təbrik edərərək, bütün Azərbaycan gənclərinə öz salamlarını çatdırıblar.
Sonra Bakı Ali Neft Məktəbinin fəaliyyətində yaxından iştirak edən, BANM-i müxtəlif tədbir, müsabiqə, seminar və konfranslarda layiqincə təmsil etmiş tələbə gənclərin mükafatlandırılması mərasimi olub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

