Daşkəsən rayonunda Novruz bayramı münasibətilə möhtəşəm ümumrayon şənliyi keçirilib
18.03.2015 [10:05]
Daşkəsən rayonunda Novruz bayramı təntənə ilə qeyd olunub. Belə ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb. Təhsil, səhiyyə və mədəniyyət sahəsində, bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda Novruz bayramı tədbirləri keçirilib. Martın 17-də isə Daşkəsən şəhərinin mərkəzində, Heydər Əliyev abidəsinin qarşısındakı meydanda Novruz bayramı münasibətilə Daşkəsən rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkil etdiyi ümumrayon şənliyi keçirilib. Mərasimdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək daşkəsənliləri Novruz bayramı münasibətilə təbrik edib. O deyib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasi kurs nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar əldə edilib. Ona görə də bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin, ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. “Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Bu bayram insanlarda ruh yüksəkliyi, əmək coşğunluğu, torpağa məhəbbət hissi oyadır. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir. Hər il Daşkəsən rayonunda Novruz bayramı sizin iştirakınızla geniş qeyd edilir, xalq yaradıcılığı günləri keçirilir, rəngarəng bayram tədbirləri təşkil olunur”, - deyə Ə.Abıyev qeyd edib.
Əhəd Abıyev torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda mübarizələrdə canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib. Çıxışında sabitliyimizin və sərhədlərimizin keşiyində dayananların bayramını təbrik edən İcra Hakimiyyətinin başçısı deyib ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu milli dəyərlər üstün tutulub, onlar qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilib.
Onun sözlərinə görə, bu gün Ulu öndərimizin milli-mənəvi dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə tanınır və qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, BMT Baş Məclisinin isə martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir. Bu işlərdə milli-mədəni irsimizin ən böyük qayğıkeşi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzedilməzdir.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayon əhalisini bir daha Novruz bayramı münasibətilə təbrik edib, sonra Novruzun simvolu olan bayram tonqalını yandırıb.
Ümumrayon şənliyində Daşkəsən rayon mədəniyyət evinin mahnı və rəqs ansamblı rəqs nömrələri təqdim edib, el ağsaqqalları xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıblar. Bayram şənliyində xalq çalğı alətləri ansamblının ifasında kompozisiya təqdim edilib, muğam üçlüyünün və rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.
Rayon mərkəzində bayram şənliyi başa çatdıqdan sonra Daşkəsən rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri rayonun cəbhə xəttində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşüblər. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Respublika Hərbi Prokurorluğunun məsul vəzifəli işçisi, polkovnik Mahir Əhmədovla birgə bayram hədiyyələrini əsgərlərə və zabitlərə təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

