Uşaq və yeniyetmələrin növbəti yay düşərgəsi başlayır
05.08.2015 [08:23]
Azərbaycanda uşaq və yeniyetmələrin növbəti yay düşərgəsi başlayır.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 9-dan 23-dək təşkil olunacaq sonuncu yay düşərgəsində sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin iştirakı təmin ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi sosial müdafiəyə ehtiyacı olan uşaqların və yeniyetmələrin sağlamlığının qorunması üçün mütəmadi olaraq yay düşərgələri təşkil edir. Yay düşərgələri sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə təşkil edilir.
Nazirlik cari ilin iyun-avqust aylarında Bakının Şüvəlan qəsəbəsindəki Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində hər biri iki həftə davam edən növbələr üzrə düşərgələr keçirir. Düşərgələrdə ümumilikdə sosial müdafiəyə ehtiyacı olan 420 uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.
Bu il iyunun 10-dan 24-dək Astara, Yardımlı, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı və iyulun 1-dən 15-dək Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Füzuli və Tərtər rayonlarından olan 7-15 yaşlı uşaqlar və yeniyetmələr həmin yay düşərgələrində iştirak etmişdilər.
İyulun 20-dən avqustun 3-dək təşkil olunmuş üçüncü yay düşərgəsində Ağdam, Tərtər, Füzuli, Daşkəsən rayonlarından olan 10-16 yaşlı uşaqlar və yeniyetmələr iştirak ediblər. Düşərgə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən rayonlarda yaşayan uşaqlara psixoloji dəstək, onların asudə vaxtının təşkili, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Yay düşərgəsi zamanı uşaqların fiziki və əqli inkişafı məqsədilə fərdi proqramların həyata keçirilməsi və təlimlərin təşkili, həmçinin qrup işləri, fərdi liderlik qabiliyyətlərinin və biliklərin artırılması sahələrində fəaliyyətlərin təşkili nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

