Uğur qazanmaq üçün zəhmət çəkmək lazımdır
05.08.2015 [08:53]
Qəbul imtahanlarında 700 bal toplayan Əli İskəndərov: Arzum diplomat olmaq və ölkəmi layiqincə təmsil etməkdir
Azərbaycanda təhsilə, elmə göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Elə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələri barədə verdiyi məlumat da deyilənləri təsdiqləyir. Həmin məlumata əsasən qəbul imtahanlarında ən yüksək - 700 bal toplayan gənclərdən biri də II ixtisas qrupu üzrə imtahan verən Əli Rauf oğlu İskəndərovdur. Əli İskəndərov Xırdalan şəhər Bəxtiyar Cəfərov adına 3 saylı məktəb-liseyin Azərbaycan bölməsi üzrə məzunudur.
Bizimlə söhbətində Əli deyib ki, imtahanlarda belə yüksək nəticə göstərməyinin səbəbi məktəbdə oxuduğu 11 il ərzində bir gün də olsa dərsə hazırlıqsız getməməyi və mütəmadi olaraq dərslərini yaxşı oxumağı olub: “Necə deyərlər, uğur qazanmaq üçün zəhmət çəkmək lazımdır”.
Əlinin uğuruna sevinən valideynləri də onun elə uşaqlıqdan təhsilə, elm öyrənməyə böyük həvəsi olduğunu deyirlər. Atası Rauf İskəndərovun sözlərinə görə, Əli orta məktəbdə oxuduğu illərdə öz həmyaşıdlarından daim fərqlənib, müəllimlərin sevimlisi olub.
Əliyə orta məktəbdə dərs dediyi müəllimləri də yaxından kömək ediblər. Başa düşmədiklərini onlardan öyrənən Əlinin sözlərinə görə, “bəzən elə suallar olurdu ki, cavabını tapmaqda çətinlik çəkirdim. Bu zaman müəllimlərim mənim köməyimə çatırdı, bilmədiklərimi öyrədirdilər. Bunun nəticəsi olaraq ali məktəblərə keçirilən qəbul imtahanları zamanı II qrup üzrə ən yüksək nəticə göstərərək 700 bal topladım”.
“5-ci sinifdən çox ciddi, planlı şəkildə hazırlaşmışam. TQDK-nın keçirdiyi sınaq imtahanlarında mütəmadi olaraq iştirak etmişəm, məktəbdə bütün dərslərimi də yaxşı oxumuşam. Hətta yüksək nəticə əldə etmək üçün özümə plan da qurmuşdum, istirahətə də vaxt ayırmaqla yanaşı, ciddi hazırlaşırdım” - deyən Əli, həmçinin, dövlətimizin gəncliyə diqqət və qayğısından, eləcə də, ölkə başçısı İlham Əliyevin təhsilli gənclərə hər zaman dəstək göstərməsindən də danışıb. O deyib ki, bu gün təhsil almaq, elmli, savadlı olmaq üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Yetər ki, istək olsun və ən əsası, qarşına qoyduğun məqsədə çatmaq üçün daim zəhmət çəkməyi bacarasan.
Gələcək planlarından danışan Əli gələcəkdə diplomat olmaq və ölkəmizi xaricdə layiqincə təmsil etmək arzusundadır: “İxtisas seçimimi özüm etmişəm, qərara gəlmişəm ki, diplomat olum. Buna görə də sənədlərimi “ADA” Universitetinin beynəlxalq münasibətlər fakültəsinə verməyi düşünürəm. Çalışacağam ki, ali təhsil illərində də yüksək biliklər əldə edib, gələcək fəaliyyətimdə dövlətimizin bizə göstərdiyi bu etimadı öz praktik əməyimlə doğruldum. Vətənim üçün xeyirli və gərəkli bir kadr olum”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

