Babək rayonunun Xal-xal kəndində kompleks quruculuq işləri aparılıb
23.09.2015 [10:24]
Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Xal-xal kəndində avtomobil yolunun açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, sakinləri təbrik edib, yolda aparılan yenidənqurma işləri ilə tanış olub.
Daha sonra Xal-xal kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə və Muxtar Respublikada təhsil sahəsində əldə olunan uğurlardan danışıb.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.
Sentyabrın 22-də Xal-xal Kənd mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Bu gün Xal-xal kəndinin həyatında əlamətdar gündür. Kənddə yeni sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Hər bir kəndin abadlaşması orada insanların rahat yaşamasına xidmət edir. Xal-xal kəndində çəkilən yeni yol, tikilən məktəb binası, kənd və xidmət mərkəzləri, kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsi, poçt bölməsi, baytarlıq məntəqəsi və digər xidmət sahələri əhaliyə daha yaxşı xidmət göstərilməsinə, eləcə də onların rahat yaşayışına imkan verəcəkdir”.
Ali Məclisin Sədri kənd sakinlərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirib, onları kənddə aparılan kompleks quruculuq işləri münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri Kənd mərkəzinin açılışını edib.
Həmin gün Xal-xal kəndində yeni Xidmət mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra Xidmət mərkəzinə baxıb.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub.
Ali Məclisin Sədri deyib ki, Xal-xal kəndi müasir yaşayış məntəqəsinə çevrilib. Zəhmətkeş insanları və bərəkətli torpaqları olan bu kənddə aparılan kompleks quruculuq tədbirləri insanların rahat yaşayışına imkan verəcəkdir. Sakinlər yaradılan şəraitdən istifadə etməli, kəndin abadlığı, təmizliyi qorunub saxlanılmalıdır. Ali Məclisin Sədri qarşıdan gələn Qurban bayramı münasibətilə sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.
* * *
Kənddə aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 1100 metr yeraltı rabitə, 800 metr fiber-optik, 3 kilometrdən artıq elektrik xətti çəkilib. Həmçinin yeni tikililərə 680 metr uzunluğunda qaz xətti çəkilib, 200 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulub.
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

