Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

23.10.2015 [10:11]

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin avtonəqliyyat vasitələrindən rahat istifadə etmələri və yollarda sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara müraciət ünvanlayıb.
Respublikanın bölgələrindən “taksi” xidmətinin fəaliyyətindən istifadə etməklə paytaxta gələn vətəndaşların diqqətinə çatdırılır ki, qeyd olunan nəqliyyat vasitələri ilə Bakı-Astara yolunun 14-cü kilometrliyində və Bakı-Quba yolunun Xırdalan şəhərinin girəcəyi (“Riyad” ticarət mərkəzinin yaxınlığında) yaxınlığında yerləşən avtodayanacaqlara qədər gələrək oradan şəhərə daxil olmaq üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın bölgələrinə gedən vətəndaşlara da həmin dayanacaqlarda “taksi” xidmətindən istifadə edərək yola düşmələri tövsiyə olunur.

Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31