Vaqif Bəhmənli, Tanrı Sizi qorusun!
24.10.2015 [11:47]
Azərbaycan ictimaiyyəti onu ilk növbədə “bizlərə”, “onlara”, “hamıya” xitabən ünvanladığı səmimiyyət dolu şeirləri ilə seçilən, çağdaş poeziya aləminin görkəmli nümayəndəsi kimi tanıyır. O, Qarabağ ruhunu, havasını, nəfəsini yazılarına hopdurmuş və mükəmməl yaradıcılıq qabiliyyətinə malik bir şeir-sənət ustası kimi sözün qüdrət zirvəsini fəth edənlərdəndir. Əsərlərində ana dilimizə həssaslıqla yanaşaraq “sözün də bir nemət olduğunu” çoxsaylı oxucularına anlatmağa nail olmuşdur.
Onun müdrik kəlamlarla zəngin şeirləri, halalı haramdan ayıran publisistik yazıları, radioda eşidilən səsi, televiziya ekranlarından boylanan nurlu siması həyatın mənasını dərk etməyə çalışan hər kəsin düşüncə yoluna bir işıq salır. Çünki bir çoxları onu hələ uşaqlıq illərindən bəri həyatın sərt sınaqlarına mətinliklə sinə gərərək sınmayan və həmişə qamətini dik tutan, öz zəhməti və əməksevərliyi sayəsində İnsanlıq zirvəsinə ucalmış bir şəxsiyyət kimi tanıyır. Əsərlərini oxuduqca həssas və kövrək ruhlu poeziya nümunələrində qayğıkeşlik və doğmalıqla yanaşı tərbiyəvi və maarifləndirici yanaşmanın şahidi olursan.
Öz qələminə xitabən “Özünə ayrı yol ara” söyləyən Vaqif Bəhmənli şeir-sənət aləmində özünəməxsusluğu ilə seçilən bir poetik üslub formalaşdıra bilmişdir. Şeiri özünə Vətən sayan şairin ədəbiyyata və yaradıcılığa bağlılıq hissi bütün yazılarında öz əksini tapır. Məncə, onu bir çoxlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri də təkcə özü üçün deyil, həm də hamı üçün yazmasıdır.
Bu illər ərzində 35-dən çox kitabı işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür. Əsərlərinin bir çoxu müxtəlif dillərə tərcümə olunmuş və ölkə hüdudlarından çox-çox uzaqlara adlamışdır. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına, bir sıra nüfuzlu mükafatlara layiq görülməsi isə yaradıcılığına verilən qiymətin göstəricisidir.
Vaqif Bəhmənli həm də hər zaman fəal vətəndaşlıq mövqeyində dayanaraq respublikamızda gedən mühüm ictimai-siyasi proseslərə biganə qalmamaqla ölkə rəhbərliyinin apardığı siyasi kursun təşəkkül tapması üçün öz səy və bacarığını əsirgəməyənlərdəndir.
“Azərbaycan fotoalbomu”nu, “Azərbaycan Dövlət Kitabı”nı onun təqdim etdiyi mətnlər müşayiət edir. “Heydər Əliyev adına” əsəri bu adın əbədiləşdirilməsi istiqamətində həyata keçirilən siyasi kursa sədaqətin nümunəsidir. “Vətənin İlhamı - ömürdən reportaj” əsəri isə ölkə rəhbərinin mədəniyyətin inkişafına yönəlik fəaliyyətinə münasibəti yeni baxışlarla zənginləşdirir.
İşgüzar bir insan kimi müxtəlif zamanlarda mətbu orqanlarda rəhbər vəzifələrdə və dövlət orqanlarında çalışarkən yaradıcılıqla yanaşı yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş və bu gün də çox əhəmiyyətli dövlət qulluğu vəzifəsinin öhdəsindən layiqincə gəlməkdədir.
Hamı kimi mən də onu saf, təmizqəlbli, təvazökar insan, etibarlı dost, gözəl ailə başçısı, ziyalılar və söz-sənət adamları arasında böyük nüfuz sahibi kimi tanıyıram.
Bunun bariz nümunəsini isə bir daha oktyabrın 22-də Gənc Tamaşaçılar Teatrında şairin 60 illik yubileyinə həsr olunmuş “Beş damla” adlı poeziya və musiqi axşamında iştirak edərkən gördüm.
Gördüm və əmin oldum ki, “Söz” adlı Qüdrət nərdivanının pillələrində, özünün təbirincə desəm, qocala-qocala ucalan Vaqif şeiri yenə də əvvəlki tək gənc və müasirdir.
İnsan qəlbinə yaxın və zərif, təfəkkürləri silkələyəcək qədər həqiqi və sərtdir.
Bir sözlə, həyatın özü kimi aydın və realdır.
Çox hörmətli Vaqif müəllim, Sizi 60 ilin zirvəsini və poeziya həvəskarlarının qəlbini fəth etdiyinizə görə təbrik edir, xeyirxahlıq, nəciblik, vətənpərvərlik duyğuları aşılayan yaradıcılığınızı bundan sonra da daha uğurla davam etdirməyinizi arzulayıram.
Qoy bundan sonra da uzun illər boyu ilhamınız və qələminiz həm sənətin, həm də dilimizin saflığının keşiyində ayıq-sayıq dayansın.
Tanrı Sizi qorusun!
Bahar MURADOVA
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxDünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39

