Aleksey Çernyayevski adına məktəbin siması dəyişib
31.10.2015 [09:42]
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri Valentin Denisov Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovla birlikdə Qobustan rayonunda Aleksey Çernyayevski adına 1 nömrəli məktəbdə olublar. Məktəb yeni tədris ili ərəfəsində əsaslı şəkildə yenidən qurulub və yeni avadanlıqla təchiz edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Aleksey Osipoviç Çernyayevski görkəmli Azərbaycan və rus pedaqoqu-təşkilatçısıdır. O, gənc yaşlarında öz hesabına azərbaycanlı uşaqlar üçün məktəb açıb, onlara dərs deyib, o cümlədən rus dilini öyrədib. O, Azərbaycanda ibtidai siniflər üçün “Vətən dili” adlı ilk Azərbaycan dili kitabının müəllifidir. Məktəb 1981-ci ildən onun adını daşıyır.
Qonaqlar həyata keçirilmiş yenidənqurma işləri ilə tanış olublar, yeni siniflərə və zallara baxıblar. Onlar məktəbin direktoru İmran Sabirova və müəllim kollektivinə yeni imkanlardan istifadə edərək təhsil prosesini yaradıcı inkişaf etdirməyi arzulayıblar.
Abid Şərifov məktəbin kollektivinə Aleksey Çernyayevskinin həyat və fəaliyyəti haqqında informasiya-sərgi stendi yaratmağı tövsiyə edib.
Vladimir Doroxin qeyd edib ki, məktəbin tez və keyfiyyətli yenidən qurulması Rusiya-Azərbaycan münasibətlərinin pozitiv simvoludur. Azərbaycanda rus dilini sevir və dəstəkləyir, elm, maarif və mədəniyyət xadimlərinə hörmət edirlər.
Maarifçi A.Çernyayevski əslən rusdur, onun valideynləri Saratov quberniyasından köçənlərdir.
Yaxın vaxtlarda “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinə Saratov vilayətinin təhsil naziri Marina Yepifanovadan məktub daxil olub. O, məktubda həmyerlisinin xatirəsinə olan hörmətə görə təşəkkür edib və bildirib ki, Balaşov şəhərindəki 5 nömrəli ümumtəhsil məktəbi A.Çernyayevski adına 1 nömrəli məktəblə tərəfdaşlıq əlaqələri qurmaq istəyir.
Qonaqlar məktəbin kitabxanasına rus dilində bədii və elmi-metodik ədəbiyyat hədiyyə ediblər.
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov məktəbə gələn qonaqların sırasında olub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

