KİV haqqında qanuna edilən dəyişiklik mühüm əhəmiyyət kəsb edir
06.11.2015 [10:09]
Ekspertlərin fikrincə, ölkə Prezidentinin bununla bağlı Sərəncamı jurnalist peşəkarlığının artırılması ilə yanaşı, media orqanlarının öz fəaliyyətlərinə daha məsuliyyətli yanaşmalarını da təmin edəcək
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişikliklərin tətbiqi haqqında Sərəncam imzalayıb. Qanuna əlavə edilən hissə KİV-lərdə uzun müddətdir ki, problemə çevrilmiş ibtidai istintaqların mahiyyəti və gedişi ilə bağlı təhrif edilmiş məlumatların yayılmasının qarşısını almaq məqsədi daşıyır. Belə ki, yeni dəyişikliklərə görə, cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqana həmin məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququ verilir.
Məsələ ilə bağlı fikirlərini bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qanunların yeni dövrlə uzlaşdırılmasını mütləq hal hesab edib. V.Rəhimzadə inkişaf etmiş ölkələrdə, sivil cəmiyyətlərdə zaman keçdikcə qanunlarda da əlavə və dəyişikliklərin meydana gəldiyi qənaətindədir: “Fikrimcə, “KİV haqqında” qanunda dəyişikliyin olması zərurəti də Azərbaycan dövlətinin beynəlxalq konvensiyalara qoşulması və ölkənin sürətli inkişaf tempi ilə bağlıdır. Bu dəyişikliklər jurnalistlərin peşəkarlığının artmasına, öz peşəsinə, yazdıqları yazıya daha məsuliyyətlə və dəqiq yanaşmasına şərait yaradır. Digər tərəfdən, bu dəyişiklik insanların hüquqlarının daha yüksək səviyyədə təminatına şərait yaradacaq. Bu, insanların hüquqlarının qorunması və qarşılıqlı münasibətlərin yüksək səviyyədə qurulması üçün vacib məsələdir. Bu baxımdan dəyişiklik Azərbaycan mətbuatının inkişafına xidmət göstərəcək”.
Baş redaktor onu da əlavə edib ki, bu addım jurnalistlərin peşəkarlığının artırılmasında da müstəsna rol oynayır. V.Rəhimzadə jurnalistlərin peşəkarlığının artırılmasına ehtiyac olduğunu, bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırıb: “Artıq ikinci ildir ki, ali təhsil ocaqlarımızda jurnalistika ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün qabiliyyət imtahanları keçirilir. Qanunların təkmilləşdirilməsi isə Azərbaycan mətbuatına müxtəlif məqsədlərlə gələn, öz şəxsi maraqlarını güdən, qarşısındakı obyektə qazanc mənbəyi kimi baxanların qarşısını almaq istiqamətində vacib şərtlərdən biridir”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də qanuna edilən dəyişikliyin vacib xarakter daşıdığını deyib. Onun sözlərinə görə, ilk növbədə, informasiya ilə manipulyasiya etməyə çalışan, ibtidai istintaqa təsir edərək bundan yararlanmaq istəyən bir sıra “mətbuat orqanları”nın qeyri-peşəkar fəaliyyətinin qarşısını almaq istiqamətində mühüm olan bu dəyişikliklər medianın peşəkar səviyyədə inkişafının təminatına da yardım etmiş olacaq: “Birmənalı şəkildə alqışlanası bir qərardır. Əslində, bu, illərdir ki, jurnalistikanın əsas problemlərindən olan yalan informasiyaların yayılması, bundan şəxsi məqsədlər üçün istifadə olunması kimi halların qarşısını alacaq. Digər tərəfdən, ibtidai istintaqın gedişi ilə bağlı hər hansı yalan informasiyanın yayılması cəmiyyətin KİV-ə münasibətində mənfi tendensiyalar yaradır. Belə demək mümkündürsə, jurnalistika adına xələl gətirən azsaylı qrupun qeyri-peşəkarlığı böyük bir jurnalist ordusuna qarşı inamsızlığın yaranmasına yol aça bilir. Bu baxımdan, verilən qərar olduqca müsbət xarakter daşıyır. Əminəm ki, bu, yeni dövrdə medianın inkişafı istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalacaq. O baxımdan ki, artıq kütləvi informasiya vasitələri də öz məsuliyyətlərini dərk edəcək və peşəkarlıqlarının artırılması yönündə addımlar atmaq məcburiyyətində qalacaqlar”.
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də edilən dəyişikliklərin praktik təsir imkanlarının böyük olacağını düşünür. Onun sözlərinə görə, bu yeniliklər, ilk növbədə, qəzetlərin, jurnalistlərin məsuliyyət hissinin artırılması, qoyulan məsələlərə daha peşəkar səviyyədə yanaşılması istiqamətində mühüm irəliləyişə səbəb olacaq. Çünki burada konkret sanksiyalar nəzərdə tutulur: “Digər tərəfdən, bəzi mətbuat orqanlarının yoxlanılmamış mənbələrdən aldıqları məlumatları yaymaqla özlərinə reytinq qazanması kimi ziyanlı iş üsulunun qarşısı alınacaq. İndiyə qədər əllərinə düşən informasiyaları heç bir məsuliyyət hiss etmədən dövriyyəyə buraxırdılarsa, həmin informasiyalar da çox hallarda yanlış çıxırdısa artıq bu cür tendensiyalar xeyli dərəcədə azalacaq”.
A.Quliyev yeni qərarın istintaq aparan müvafiq dövlət orqanlarının fəaliyyətinə də müsbət təsir edəcəyi qənaətindədir. Belə ki, bu, həm də müəyyən dairələrin media vasitəsilə həmin istintaq prosesinə təsir göstərmək imkanlarının qarşısını alacaq.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar çoxalmaqdadır. Bu baxımdan ölkə Prezidentinin “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı imzaladığı Sərəncamın mətbu orqanların, xüsusən yeni medianın qarşısına ciddi tələb qoymaq baxımından əhəmiyyətini qeyd etmək istərdim: “Qanuna edilən dəyişiklik KİV-in daha da məsuliyyətli olmasına hesablanıb. Heç birimizə sirr deyil ki, son vaxtlar mediada cinayətin ibtidai araşdırmasının hansısa məqamları ilə bağlı şəxsi təxəyyüllərə söykənən çoxsaylı yazılar yer alır. Bu dəyişiklik, çox güman ki, belə halların qarşısının alınması üçün hüquqi baza yaratmağa hesablanıb. Hesab edirəm ki, bu dəyişiklik jurnalistlərin peşəkarlığının artmasına xidmət göstərməklə yanaşı, peşəsinə, yazdıqları yazıya daha məsuliyyətlə yanaşma tələbini aktuallaşdıracaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27

