Dövlət müşaviri iqtisadçılara “Kitabi-Dədə Qorqud” dastanı barədə məruzə oxuyub
13.11.2015 [10:11]
Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən hazırlanmış fəaliyyət proqramına uyğun olaraq “Kitabi-Dədə Qorqud” dastanlarının daha geniş spektrdə öyrənilməsi və təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Bu tədbirlərdən biri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə keçirilib. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşları üçün “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits - 200” mövzusunda məruzə oxuyub.
Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov belə bir müştərək layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Akademik K.Abdullayev “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının zəngin tarixi keçmişini, həyat tərzini, mədəniyyətini bütün çalarları ilə ortaya qoyan ana kitabımız olduğunu vurğulayıb. Bildirilib ki, bu dastanın artıq təkcə ədəbiyyatçılar deyil, digər elm sahələrinin nümayəndələri tərəfindən də tədqiq olunmasına böyük ehtiyac vardır. Xüsusən iqtisad elmi ilə bağlı dastanda vurğulanan məsələlər dərindən araşdırılmalı və xalqımızın, dövlətçilik tariximizin tarixi iqtisadi inkişafı məhz bu dastanla izlənilməlidir. O, Prezident İlham Əliyevin imzaladığı bu Sərəncamın qorqudşünaslığın inkişafında yeni bir mərhələ başlatdığını deyib. Dövlət müşaviri bu Sərəncamın işığına AMEA-nın bütün institutlarının qoşulmasına çox böyük ehtiyac olduğunu vurğulayıb. Bu ehtiyacı xalqımızın Ümummilli lideri Heydər Əliyevin dastanın 1300 illiyinin keçirilməsi mərasimində söylədiyi sözlər də təsdiqləməkdədir: “Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü olan “Kitabi-Dədə Qorqud” nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi kimi böyük mədəni-estetik əhəmiyyət kəsb edir”.
Digər çıxış edənlər bu məzmunda tədbirlərin keçirilməsinə, “Kitabi-Dədə Qorqud” dastanlarının daha dərin tədqiqi məsələlərinin vacibliyinə diqqət çəkiblər.
Tədbir dəqiq və texniki sahələr üzrə institutların əməkdaşlarının “Kitabi-Dədə Qorqud” dastanında bəhs edilən müxtəlif məqamlarla bağlı suallarının məruzəçi tərəfindən cavablandırılması ilə davam edib.
Sonda “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits - 200” mövzusunda mühazirənin AMEA-nın digər institutlarında da oxunması və müzakirələrin keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

