Azərbaycan ilə İran arasında dini, mədəni əlaqələr yüksək səviyyədədir
27.11.2015 [09:57]
Noyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İranın elm və təhsil naziri Əli Əsgər Fani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, A.Paşazadə Azərbaycan ilə İran arasında bütün sahələrdə, o cümlədən dini, mədəni sahələrdə yüksək səviyyəli əlaqələrin mövcud olduğunu bildirib. Hər iki ölkə tərəfindən mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edən QMİ-nin sədri bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Şeyxülislam vurğulayıb ki, bu gün Azərbaycanda dinlər və təriqətlər arasında münasibətlər yüksək səviyyədədir.
ISESCO-nun Baş Konfransının XII sessiyasında və qurumun İcraiyyə Şurasının 36-cı iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olduğunu bildirən nazir Əli Əsgər Fani ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb. O bildirib ki, bu gün dünyada radikalizm kimi mənfi amillər İslam dinini təhdid edir və dinimizin əsl mahiyyətini, sülhsevərliyini təhlükə altında qoyur. Ona görə də bu gün İslam dünyasının bu kimi mənfi hallarla mübarizə aparmaq üçün vəhdətə ehtiyacı var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İranın bir qardaş ölkə kimi həmişə Azərbaycanın yanında olduğunu bildirən A.Paşazadə deyib ki, işğal olunmuş torpaqlarımızda məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar, məqbərələr dağıdılır. Dağıdılan dini və mədəni abidələr haqqında kitab hazırlanmasına ehtiyac var.
İranlı nazir qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan ərazilərindəki məscidlər, ziyarətgahlar haqqında hazırlanan kitab fars dilinə tərcümə olunub və tezliklə işıq üzü görəcək. Nazir, həmçinin İranda Azərbaycan məscidləri və ziyarətgahları haqqında fotosərginin də keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

