Salyan rayonunda elmi-praktiki konfrans keçirilib
02.12.2015 [10:01]
Salyan rayonu Heydər Əliyev Mərkəzində “Müstəqil Azərbaycanın inkişafında müasir gənclərin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Salyan rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Gənclər Birliyinin koordinatoru Ümüd Abuzərli və salyanlı gənclər iştirak ediblər.
Çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov Azərbaycan gəncliyinin ölkəmizin inkişafındakı rolundan, bu prosesdə fəal iştirakından danışıb. İstər daxili arenada, istərsə də beynəlxalq aləmdə gənclərimizin ölkəmizi layiqincə təmsil etdiyini vurğulayan R.Cəbrayılov dövlətimizin də hər zaman gənc nəslə xüsusi diqqət və qayğı göstərdiyini deyib. Onun sözlərinə görə, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir: “Gənclərlə bağlı ölkədə müxtəlif layihələr həyata keçirilir. Bu prosesdə YAP Gənclər Birliyinin üzvü olan gənclərimizin rolu xüsusilə qeyd edilməlidir. Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan YAP-ın avanqard qüvvəsi məhz gənclərimizdir. Bu gün Azərbaycan gəncliyinin mühüm hissəsi ölkə Prezidentinin yürütdüyü siyasəti dəstəkləyir və dövlət başçısının ətrafında sıx birləşib”.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov dövlətimizin gənclərin sağlam ruhda inkişaf etməsi ilə bağlı əməli tədbirlər gördüyünü, bu xüsusda Dövlət Proqramının qəbul olunduğunu bildirib. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin vətəndaşı olan hər bir gəncin uğuru parlaq gələcək üçün bünövrədir.
S.Orucov qeyd edib ki, bugünkü gənc nəsil ölkəmizin həyatında mühüm rol oynayır və aparıcı qüvvəyə çevrilib. YAP Gənclər Birliyinin fəaliyyətindən bəhs açan S.Orucov qeyd edib ki, partiyanın Gənclər Birliyi fərqli, maraqlı layihələrlə çıxış edir, Azərbaycan gəncliyinin milli maraqlara bağlılığının gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Tədbirdə çıxış edən digər natiqlər də Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısından danışıblar. Vurğulanıb ki, müasir Azərbaycan gəncliyi hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

