Vətən uğrunda şəhid olmaq ən böyük şərəfdir!!!
09.12.2015 [10:16]
Vüqar Nəsibov və İsmayıl Tağıyev kimi igid Azərbaycan oğulları mərdlik, qəhrəmanlıq nümunəsidir
... Ən böyük və ali rütbədir “ŞƏHİDLİK”. 1990-cı ilin 20 Yanvarından bəri xalqımızın qibləgahına çevrilib Şəhidlər xiyabanı. Hər elimizin, hər obamızın ən müqəddəs məkanlarından sayılır Vətən uğrunda canından keçən igid övladlarımızın son mənzilləri. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dilimizin əzbəridir hər zaman...
“Vətən daşı olmayandan, olmaz ölkə VƏTƏNDAŞI!” deyirdi böyük Məmməd Araz. Dövlət uğrunda, Vətən yolunda sonuna qədər dəyanət göstərən igidlərimiz hər zaman bu Vətənin daşını, torpağını necə qorumağın yollarını göstərib gənc nəslə. Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız canları bahasına bütün dünyaya Qarabağ müharibəsinin hələ bitmədiyini və hər bir Azərbaycan oğlunun bu uğurda canından keçməyə hazır olduğunu sübut etdilər. Məhz belə oğullar Vətən sevgisinin, torpaq sevgisinin etalonu sayılır...
Bir neçə gün öncə Bakının Nardaran qəsəbəsində din pərdəsi altında gizlənmiş terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatda həyatlarını itirən şanlı polislərimiz də öz dövlətlərinə, vətənlərinə sevgilərini, bağlılıqlarını bir daha nümayiş etdirdilər. Bəli, Vətən sevgisində qarşılıq olmur, Vətən sevgisi ilahi bir sevgidir. Həlak olmuş şəhid polislərimiz Vüqar Nəsibov və İsmayıl Tağıyev mərdlik nümunəsi sərgilədilər...
Vətən uğrunda canından keçənlər Azərbaycan dövlətinin iftixarıdır, qürurudur. Nardaranda həyatını itirmiş polislərimiz ölkə Prezidenti tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edildilər. Bəli, öz dövləti, Vətəni, xalqı uğrunda canından keçən oğullar bayrağa bükülərək haqq dünyasına qovuşur, ən böyük ödül olan “AZƏRBAYCAN BARYRAĞI” ilə təltif edilirlər. Şair demiş: “Bayraqları bayraq yapan üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa Vətəndir”.
Ölkə Prezidentinin Sərəncamında bildirilir ki, həlak olan polislər “Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə” təltif ediliblər. Təbii ki, hər bir Azərbaycan vətəndaşı öz ölkəsinin sabitliyinə, inkişafına canı ilə, qanı ilə cavabdeh olmalıdır. Əlinə silah alaraq bu dövlətin varlığına, bütövlüyünə qarşı çıxanlar, təhdid yaradanlar, təhlükəsizliyi, asayişi qoruyan polisimizə güllə atanlar isə bu millətin nümayəndəsi deyil, onların bir adı var - terrorçu.
İgid vətən övladları II Fəxri xiyabanda uğrunda canlarından keçdikləri Vətən torpağına qovuşdular, ölkəmizin fəxri sayılan insanlarla əbədiyyət qonşusuna çevrildilər. Dəfn mərasimindəki izdiham, eləcə də ölkə rəsmilərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin mərasimdə iştirakları igid Vətən övladlarına verilən dəyərin, qiymətin göstəricisidir. Xalq heç zaman öz qəhrəmanlarını unutmur. Mübariz İbrahimov, Fərid Əhmədov və yüzlərlə digər şəhidlərimiz kimi Vüqar Nəsibov və İsmayıl Tağıyev də xalqımızın yaddaşında əbədi qəhrəmanlıq heykəlinə çevriləcəklər.
Şəhid olmuş Vüqar Nəsibov cəmisi 40 yaşında idi. Peşəkar əməliyyatçı, peşəkar idmançı, gözəl və qayğıkeş ailə başçısı və mərd övlad idi. Vüqarın dəfnində onun baş daşını öpən atası Eyyub kişi qəhərdən boğularaq “Dövlətimiz sağ olsun. Vüqar Vətən üçün şəhid oldu. Allah rəhmət eləsin”, - deyən zaman da, bu gün də bilir ki, itirilən Vüqarımız tək onun oğlu deyil. Bu Vətən üçün canını verən oğul Vətən oğludur. Evində iki azyaşlı övladı böyüyür Vüqarın. Şəhid övladı olmaq yazılıb bu balaların taleyinə. Atasını itirən bu körpələr bütün Azərbaycan vətəndaşlarının əziz balalarıdır. Vüqarın ruhu rahatdır. Çünki öz övladlarını dinc, əbədiyaşar Azərbaycanımıza etibar edib.
İsmayıl Tağıyev isə ömrünün 38-ci payızında şəhid oldu. Polis oğlu idi. Bu şərəfli adın nə demək olduğunu yaxşı bilirdi. Sonuna qədər şərəflə daşıdı bu adı. Atasını gənc yaşda itirməsinə baxmayaraq onun peşəsini davam etməkdə qərarlı imiş. Onu tanıyanlar sakit təbiətindən, gözəl xarakterindən danışırlar. Qardaşı Qənimət Nəzərov da İsmayılın Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsini fəxr sayır: “Balamızı itirmişik. Vətənimiz və millətimiz sağ olsun. Üç övladı var idi. Atası Rəsul Tağıyev də polis idi. O da 10 il əvvəl vəfat edib. İsmayıl millətə layiq övlad idi, millətin uğrunda da öldü”.
İsmayıl həm də peşəkar idmançı, ağırlıqqaldırma üzrə Avropa çempionu idi. İsmayıl da özündən sonra 3 övladını bu Vətənə tapşırdı. Sonuncu övladı isə 10 gün idi ki, dünyaya gəlmişdi. Yəqin ki, o məsum körpə atasının rəsminə yalnız şəkillərdən baxacaq. Amma əminik ki, atalarının şərəfli adı övladlarının gələcəyinin işıqlı mayakı olacaq.
Həm Eyyub Nəsibov, həm də Qənimət Nəzərov “Vətən sağ olsun” deməklə bir daha Azərbaycan vətəndaşının dövlətinə bağlılığını, ən ağır günümüzdə belə “öncə Vətən” şüarına sadiqliyini ortaya qoydu. Vüqarla İsmayılı böyüdən valideyn başqa söz deməzdi. Çünki əsl Azərbaycan təəssübkeşi olan bir ata, qardaş üçün övladının Vətən yolunda şəhid olması şərəfdir.
Nardaranda baş vermiş atışmada ölkədəki sabitliyi pozmaq, dövlətçiliyimizə qarşı təhdid yaratmaq niyyəti güdənlərin güllələrinə sipər olan oğullarımız çirkin niyyət daşıyan, Azərbaycanın bütövlüyünə, vətəndaş birliyinə qarşı çıxanlara qətiyyətli cavab verdilər: cəhdləriniz boşdur. Nə qədər ki, canı, qanı bahasına Vətənini, dövlətini qoruyan Azərbaycan oğulları var dünyada heç kimsə dövlətimizin gələcəyinə, xalqımızın birliyinə kölgə sala bilməz.
Və sonda... Düşmənlər heç də sevinməsinlər. Çünki Vüqar və İsmayıl özündən sonra yüzlərlə, minlərlə, on minlərlə vüqarlara, ismayıllara, bütövlükdə Azərbaycan gəncliyinə nümunə oldular, Vətəni sevməyin qarşılıqsız olduğunu göstərdilər. Şəhidlik Vətənini, dövlətini təmənnasız sevməkdir.
Hər qığılcım bir alovu yaradar deyib babalarımız. Mərd oğulların alovlu qətiyyəti isə düşmənlərimiz üçün ölümdən başqa heç nə vəd etmir!!!
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

