Azərbaycanda rus dilinə böyük sevgi və hörmət bəslənilir
17.12.2015 [10:13]
Dekabrın 16-da Bakı Slavyan Universitetində (BSU) Bakı ilə Moskva arasında beynəlxalq əməkdaşlığa həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Mədəniyyət vasitəsilə təhsil və təhsil vasitəsilə mədəniyyət” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, BSU-nun prorektoru, filologiya elmləri doktoru Telman Cəfərov tədbiri açaraq “dəyirmi masa” iştirakçılarını salamlayıb, bu tədbirin Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsində rolunu qeyd edib. T.Cəfərov BSU-nun fəaliyyəti barədə də söhbət açaraq vurğulayıb ki, bu ali məktəbdə rusiyaşünaslıq, rus filologiyası və başqa istiqamətlər üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Prorektor Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) bir sıra müştərək layihələrin keçirilməsini dəstəkləmələrinə görə təşəkkürünü bildirib.
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisinin deputatı Mixail Zabelin qeyd edib ki, Azərbaycanda rus dilinə böyük sevgi və hörmət bəslənilir. O vurğulayıb ki, Azərbaycan xalqı rus ədəbiyyatına və tarixinə böyük maraqla yanaşır, Azərbaycanda təhsilin rus dilində olduğu çoxlu məktəb fəaliyyət göstərir.
Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzinin baş direktoru İqor Tkaç humanitar sahədə Azərbaycan-Rusiya əməkdaşlığının əhəmiyyətini tədbirdə iştirak edənlərin diqqətə çatdıraraq vurğulayıb ki, Rusiyada Azərbaycan mədəniyyətinə böyük maraq göstərirlər.
Rusiyanın Azərbaycandakı səfirliyinin böyük müşaviri Arkadi Barkov ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsində Bakı Slavyan Universitetinin və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan burada yaşayan ruslar üçün ikinci evə çevrilib.
Sonra tarix elmləri doktoru, Moskva Maliyyə-Hüquq Universitetinin professoru Yuri Kojayevin moderatorluğu ilə “Mədəniyyət vasitəsilə təhsil və təhsil vasitəsilə mədəniyyət” mövzusunda “dəyirmi masa” öz işini davam etdirib. Çıxış edənlər Azərbaycan-Rusiya mədəni əməkdaşlığının inkişafında bu cür tədbirlərin rolu, Azərbaycanda rus dilinin təbliğində BSU-nun mühüm rol oynaması barədə fikirlərini söyləyib, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin aktual mövzularını, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafını müzakirə ediblər.
Tədbirdə Milli Məclisin deputatları, Rusiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Rus İcmasının və RİMM-in nümayəndələri, rusiyalı qonaqlar, habelə Azərbaycanın aparıcı ali məktəblərinin rektorları və professor-müəllim heyətinin üzvləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

