Ciddi nöqsanlara yol verən baytarlıq idarələrinin rəisləri işdən azad olunub
28.01.2016 [09:53]
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyanı açan nazir Heydər Əsədov “Baytarlıq şəhərciyi” kompleksində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binalarının müasir standartlara uyğun tikilməsində və ən yeni texnoloji avadanlıqlarla təchiz olunmasında, münbit iş şəraitinin yaradılmasında göstərdiyi diqqət və qayğıya görə baytarlıq sahəsində çalışan bütün əməkdaşlar adından dövlət başçısına minnətdarlığını bildirib.
Heydər Əsədov respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin müstəsna rolunu qeyd edərək, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, dövlətimizin başçısı tərəfindən aqrar sahədə çalışan mütəxəssis və sahibkarlar qarşısında mühüm vəzifələr qoyulduğunu vurğulayıb.
Kollegiyada qeyd olunub ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikası ərazisində heyvanların müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən qorunmasını təmin etməklə öz səlahiyyətləri daxilində heyvan mənşəli məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması və satışına baytarlıq sanitariya nəzarətini həyata keçirir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş 2015-ci il üçün epizootiya əleyhinə profilaktiki və diaqnostik tədbirlər planına əsasən, il ərzində qarayara xəstəliyinə qarşı 2.931.768 baş iribuynuzlu, 7.516.383 baş xırdabuynuzlu, 97.335 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2.860.000 baş iribuynuzlu, 4.830.660 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 251.135 baş ev itində, leptospiroz xəstəliyinə qarşı 732.193 baş iribuynuzlu, 424.644 baş xırdabuynuzlu heyvanlarda, qoyunların çiçək xəstəliyinə qarşı 7.810.180 baş davarda, Nodulyar dermatit xəstəliyinə qarşı 2.178.145 baş iribuynuzlu heyvanda, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 16.409.389 baş quşda H vaksini ilə, 26.085.244 baş quşda isə La-Sota vaksini ilə profilaktiki peyvəndləmələr aparılıb.
Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1.090.629 baş iribuynuzlu, 299.235 baş xırdabuynuzlu heyvanlardan, o cümlədən 138.444 baş qoçdan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Brusellyoz xəstəliyinə qarşı 1.476.297 baş xırdabuynuzlu cavan heyvanda Rev-1 vaksini ilə profilaktik peyvəndləmə aparılıb. Bununla yanaşı, epididimit xəstəliyinə görə 104.241 baş qoç, vərəm xəstəliyinə görə 355.287 baş iribuynuzlu heyvan diaqnostik müayinə olunub.
Baytarlıq-sanitariya tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar dövlət baytarlıq nəzarəti obyektlərində 1448,1 min kvadratmetr ərazidə dezinfeksiya, 742,5 min kvadratmetr ərazidə isə dezinseksiya işləri həyata keçirilib.
Ötən il dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli qida məhsulların təhlükəsizliyinin təmin olunması məqsədi ilə rayon (şəhər) baytarlıq idarələri və ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyaları tərəfindən aparılan müayinələr nəticəsində 13.060 kiloqram iribuynuzlu heyvan ətinin və daxili orqanlarının, 5.192 kiloqram xırdabuynuzlu heyvan ətinin və daxili orqanlarının, 3.465 kiloqram quş ətinin, 460 kiloqram donuz ətinin, 1.904 kiloqram balığın, 4.227 kiloqram süd və süd məhsullarının və 8.392 ədəd toyuq yumurtasının insan qidası üçün yararsız olması müəyyən edilərək, baytarlıq qanunvericiliyinə əsasən müvafiq qaydada zərərsizləşdirilib.
Bununla yanaşı, heyvan mənşəli ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqədar keçirilən reydlər nəticəsində 23,1 ton toyuq budu və 25 tondan yuxarı mənşəyi məlum olmayan heyvan cəmdəkləri Respublika Baytarlıq Laboratoriyasının müvafiq baytarlıq-sanitariya ekspertizasına əsasən insan və heyvan sağlamlığına təhlükəli olduğundan qida üçün yararsız hesab edilərək, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun zərərsizləşdirilib.
2015-ci il oktyabrın 10-dan noyabrın 10-dək Bakı şəhərində keçirilmiş bal yarmarkasına gətirilən bal və digər arı məhsullarının laboratoriya müayinəsi zamanı keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 17 tondan artıq bal satışdan kənarlaşdırılıb.
Reydlər zamanı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən mənşəyi məlum olmayan, keyfiyyətsiz, qida üçün yararsız ət məhsulları, keyfiyyətsiz və mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb.
Kollegiyada rayon Baytarlıq İdarəsinin rəislərinin hesabatları dinlənilib və mövcud nöqsanların qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonra kollegiyaya yekun vuran nazir Heydər Əsədov mövcud nöqsanlardan danışıb, bu sahədə ciddi dönüş yaratmaq məqsədilə tapşırıq və tövsiyələrini verib.
Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər baytarlıq idarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 rayon baytarlıq idarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 rayon və 1 şəhər baytarlıq idarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 rayon, həmçinin Gəncə və Mingəçevir şəhər baytarlıq idarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon baytarlıq idarəsinin rəisinə töhmət elan edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

